Oman Yəmənə əsgər yeritməkdən imtina etdi, Pakistan isə fikirləşir

Səudiyyə Ərəbistanı rejiminin Yəmən xalqına təcavüzündə 13 nəfərin şəhid olduğu bildirilir. Yəmən xalqına qarşı təşkil olunan təcavüzə 10 ölkənin iştirak etdiyi açıqlanıb. Omandan başqa Körfəz Ölkələri Əməkdaşlıq Şurası ölkələri, İordaniya, Misir, Sudan və Türkiyənin də hücumlara dəstək verildiyi açıqlanıb.
 
Ənsarullah Hərəkatının yüksək çinli səlahiyyətlisinin verdiyi bəyanatda Səudiyyə Ərəbistanın Yəmənə hücumlarının bu ölkənin xeyrinə olmadığını, Səudiyyəyə bu ölkənin ərazilərinə girmələrinə icazə verilməyəcəyini bildirib.
 
"Reuters"in bildirdiyinə görə, Səudiyyə rejimi Pakistandan Yəməndə keçiriləcək quru hücumuna əsgər verməsini istəyib, İslamabad Səudiyyənin bu məsələsini müzakirə edir.
 
Misir və İordaniya Yəmənə hücum əməliyyatlarına cəlb edildiklərini təsdiqləyiblər.
 
Oman isə Səudiyyə Ərəbistanının müharibəyə qoşulmaq istəyini rədd edib.
 
Ənsarullah səlahiyyətlilərindən olan Məhəmməd əl-Buhayti verdiyi bəyanatda Səudiyyə Ərəbistanına veriləcək cavabların müzakirə edildiyini və Yəmənə təcavüzün Yəmən xalqına təcavüz olduğunu vurğulayıb.