İordan çayının qərb sahilində bir fələstinli şəhid edilib

Fələstin mediyaları dünən gecə bir fələstinli gəncin İordan çayının qərb sahilində Sionist rejim hərbçilərinin atəşi nəticəsində şəhid olmasından xəbər veriblər.  Maide.Az deyerler.org-a istinadən xəbər verir ki, sionist rejim hərbçiləri bu fələstinli gənci Tulkərmin cənubunda küt alətlə əməliyyat aparmağa cəhd göstərdiyini iddia edərək güllələyiblər.   Eyni zamanda sionist rejim hərbçiləri cümə günü Qəzzə zolağında 79-cu "Qayıdış haqqı" yürüşlərində iştirak edən fələstinlilərin üzərinə atəş açaraq 69 nəfəri yaralayıblar.   "Qayıdış haqqı" yürüşləri 2018-ci il mart ayının 30-u " Torpaq günü" münasibəti ilə başlayaraq hələ də davam edir.