Oğuza qar yağdı

Aprelin 6-sı axşam saatlarından başlayaraq Oğuz rayonuna və kəndlərinə qar yağır.  

 
Axar.az xəbər verir ki, ötən gündən başlayan yağış gecə saatlarında qarla əvəzlənib.  
 
Qeyd edək ki, ETSN-nin Milli Hidrometeorologiya Xidməti aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, 6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi, aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ilə bağlı xəbərdarlıq etmişdi.