Pakistanın Kvetta əyalətində güclü partlayış törədilib.
“Report” “Thenews.com.pk”ya istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 3 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Partlayış ətrafdakı binalar və nəqliyyat vasitələrinə də zərər vurub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.