Pakistanda qatar zəvvarları daşıyan avtobusla toqquşub, 19 nəfər ölüb

Pakistanın Pəncab əyalətində qatar siqh zəvvarlarını daşıyan avtobusla toqquşub.

 
Maide.Az xəbər verir ki, bu barədə bu gün Geo TV telekanalı məlumat yayıb.
 
Bildirilib ki, qəza nəticəsində ən azı 19 zəvvar ölüb.
 
İlkin məlumata görə, qəzaya avtobusun sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.
 
Xəstəxanaya yerləşdirilən yaralıların sayı dəqiqləşdirilir.