Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir

Bu gün Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Amanın Azərbaycana səfəri başlayır.
 
Pakistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumatına görə, səfər çərçivəsində tərəflər Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
 
Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi də aparılacaq.
 
Pakistanlı komandanın səfəri sentyabrın 22-dək davam edəcək. /