Pakistan Kəşmirdəki vəziyyət yaxşılaşmayana qədər Hindistanla danışıqlara başlamayacaq

 
Pakistan Nyu-Dehlinin Cammu və Kəşmirə qarşı məhdudlaşdırıcı tədbiləri aradan qaldırmayanadək Hindistanla danışıqlara başlamaq niyyətində deyil.
 
Maide.Az "Anadolu" agentliyinə isitnadla xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan söyləyib.
 
Xan vurğulamışdır ki, Hindistan hakimiyyəti, ilk növbədə komendant saatı ləğv etmək, Cammu və Kəşmirə həyatın qaytarılmasını təmin etməlidir.
 
Baş nazirin sözlərinə görə, BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında Hindistan tərəfindən Kəşmirdəki vəziyyət və insan hüquqları pozuntuları ilə bağlı məsələni qaldırmaq niyyətindədir.
 
Bundan əvvəl Pakistan Almaniyaya uçuş üçün Hindistanın Baş naziri Narendra Modinin təyyarəsinə ölkənin hava məkanını verməkdən imtina etmişdi.
 
Pakistan Xarici İşlər Naziri Şah Mehmud Qureşi, qərarın "Hindistanın Kəşmirdə etdiyi təqiblər və insan hüquqları pozuntuları fonunda" edildiyini izah edib.
 
Modinin Pakistanın hava məkanını iki dəfə keçməsini planlaşdırdığı bildirilir: 20 və 28 sentyabr.