Dohada Əfqanıstan sülh danışıqları keçirildiyi bir vaxtda Pakistanın Baş naziri İmran Xan Əfqanıstan Prezidenti Əşrəf Qaninin dəvətinə cavab olaraq yaxın gələcəkdə Kabulu ziyarət edəcəyini söylədi.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Əfqanıstan Prezidentinin sözçüsü Siddiq Siddiqi şənbə günü Twitter-də yazdı ki, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Pakistanın Baş naziri İmran Xan ilə barışıq prosesi və atəşkəsin zəruriliyi ilə bağlı bir telefon danışığı apardı.
İmran Xan 2018-ci ilin iyulunda vəzifəyə gəldiyi gündən bəri Kabulu ziyarət etməyib.