Paxlalı bitkilər infarktdan xilas edə bilər

Qida rasionunda paxlalı bitkilərdən mütəmadi istifadə ürək-damar xəstəlikləri riskini 10% azaldır.

Maide.Az sputnik.ru- aistinadla xəbər verir ki, bundan əlavə, onlar qan təzyiqinin aşağı düşməsinə kömək edirlər.

Amerika Birləşmiş Ştatları Məsul Tibbi Təcrübəçilər Komitəsinin tibb mütəxəssislərinin fikrincə lobya, noxud və mərcimək insult və infarktın qarşısını alır. Tədqiqat nəticələri MedicalXpress portalında dərc olunmuşdur.

Paxlalı bitkilərin faydalı təsirinin səbəbi tərkibində lif, mikroelementlər və faydalı zülalların olması və az miqdarda yağ və xolesterolun tamamilə olmamasıdır.