Peyğəmbəri-Əkrəmdən (s) 14 hədis-4

 

1-Səbirli insanın 3 əlaməti

Peyğəmbəri-Əkrəm (s):

عَلامَةُ الصّابِرِ فِى ثَلاثٍ: اَوَّلُها، اَنْ لايَكْسِلَ، وَالثَّانِيَةُ، اَنْ لايَضْجُرَ، وَالثّالِثَةُ، اَنْ لايَشْكُوَ مِنْ رَبِّهِ عز و جل لاِنَّهُ اِذا كَسِلَ فَقَدْ ضَيَّعَ الْحَقَّ وَ اِذا ضَجِرَ لَمْ يُؤَدِّ الشُّكْرَ، وَاِذا شَكا مِنْ رَبِّهِ عز و جل فَقَدْ عَصاهُ

“Səbirli insanın üç əlaməti var:

1. Tənbəllik etməz;

2. Darıxmaz;

3. Rəbbindən gileylənməz.

Çünki tənbəllik etdikdə, haqqı zay edər. Darıxdıqda, şükür etməz. Rəbbindən gileyləndikdə, Ona qarşı üsyan (itaətsizlik) edər.” (“Biharul-ənvar”, c.68, səh.86.)

2-Üç zümrənin duası geri qaytarılmaz

Peyğəmbəri-Əkrəm (s):

ثَلَاثَةٌ لَا تُرَدُّ دَعْوَتُهُمْ: الْمَرِيضُ وَ التَّائِبُ وَ السَّخِيُّ

Üç zümrənin duası geri qaytarılmaz (və qəbul olar):

1. Xəstənin;

2. Tövbə edənin;

3. Səxavətli insanın. (“İrşadul-qulub”, c.1, səh.196.)

3-Kişi və qadının üzərində ən böyük haqqı olan kəs kimdir?

Peyğəmbəri-Əkrəm (s):

أعظَمُ الناسِ حَقّا على المرأةِ زَوجُها، و أعظَمُ الناسِ حقّا عَلَى الرَّجُلِ اُمُّهُ

“Qadının üzərində ən böyük haqqı olan kəs öz əri, kişinin üzərində ən böyük haqqı olan kəs isə anasıdır.” (“Kənzul-ummal”, c.16, səh.331, hədis 44771.)

4-Üç zümrəyə Cəhənnəm odu toxunmaz

Peyğəmbəri-Əkrəm (s):

ثَلَاثَةٌ لَا تَمَسُّهُمُ‏ النَّارُ: الْمَرْأَةُ الْمُطِيعَةُ لِزَوْجِهَا وَ الْوَلَدُ الْبَارُّ لِوَالِدَيْهِ وَ السَّخِيُّ يُحَسِّنُ خُلُقَهُ

“Üç zümrəyə Cəhənnəm odu toxunmaz:

1. Ərinə itaət edən qadına;

2. Valideyninə yaxşılıq edən övlada;

3. Davranışı yaxşı olan səvaxətli insana.” (“İrşadul-qulub”, c.1, səh.196.)

5-Cənnət imarətinin avadanlığı

Peyğəmbəri-Əkrəm (s):

لَمَّا أُسْرِيَ بِي إِلَى اَلسَّمَاءِ دَخَلْتُ اَلْجَنَّةَ فَرَأَيْتُ فِيهَا قيعان [قِيعَاناً] وَ رَأَيْتُ فِيهَا مَلاَئِكَةً يَبْنُونَ لَبِنَةً مِنْ ذَهَبٍ وَ لَبِنَةً مِنْ فِضَّةٍ وَ رُبَّمَا أَمْسَكُوا فَقُلْتُ لَهُمْ مَا بَالُكُمْ قَدْ أَمْسَكْتُمْ؟ فَقَالُوا حَتَّى تَجِيئَنَا اَلنَّفَقَةُ، فَقُلْتُ: وَ مَا نَفَقَتُكُمْ؟ قَالُوا: قَوْلُ اَلْمُؤْمِنِ سُبْحَانَ اَللَّهِ وَ اَلْحَمْدُ لِلَّهِ وَ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ وَ اَللَّهُ أَكْبَرُ، فَإِذَا قَالَ بَنَيْنَا وَ إِذَا أَمْسَكَ أَمْسَكْنَا

“Səmaya seyr (merac) etdiyimdə, Cənnətə daxil olub gördüm ki, mələklər imarət tikməklə məşğuldurlar; qızıl və gümüşdən olan kərpicləri bir-birinin üstünə qoyur və hərdən də dayanıb-dururdular. Onlara dedim: “Niyə gah işləyir, gah da dayanıb-durursunuz?” Dedilər: “Gözləyirik ki, lazımi avadanlıq gəlsin.” Dedim: “Sizin istifadə etdiyiniz avadanlıq nədir?” Dedilər: “Möminlərin dedikləri “Subhanəllahi vəl-həmdu lilləhi və lə iləhə illəllahu vəllahu-əkbər” (“Subhanəllah”, “Əl-həmdu lilləh”, “Lə iləhə illəllah”, “Əllahu-əkbər”) zikri (bizim avadanlığımızdır). Mömin bu zikri deməyə başladıqda, biz də işə başlayırıq, zikri saxladıqda, biz də dayanırıq.” (“Biharul-ənvar”, c.8, səh.123.)

6-Zülmlə dolan dünyanın sonu...

Peyğəmbəri-Əkrəm (s):

لا تَقُومُ السّاعَةَ حَتّى تَمْتَلَاُ الْاَرْضَ ظُلْماً وَعُدْواناً، ثُمَّ يَخْرُجُ رَجُلٌ مِنْ عِتْرَتِى اَوْ مِنْ اَهْلِ بَيْتِى يَمْلَاُها قِسْطاً وَعَدْلاً كَما مُلِئَتْ ظُلْماً وَعُدْواناً

“Yer üzü zülm və düşmənçiliklə dolmayınca, Qiyamət bərpa olmayacaq; bu zaman mənim xanədanım və Əhli-beytimdən bir kişi qiyam edəcək, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.” (“Musnədi-Əhməd”, c.3, səh.36.)

7-Ən üstün iman

Peyğəmbəri-Əkrəm (s):

أفضَلُ الإيمانِ أن تَعلَمَ أنَّ اللهَ مَعَک حَيثُ ما کنتَ

“Ən üstün iman odur ki, Allahın hər yerdə səninlə olduğunu biləsən.” (“Kənzul-ummal”, c.1, səh.37, hədis 66.)

8-Qiyamətdə əməl tərəzisini ağırlaşdıran zikr

Peyğəmbəri-Əkrəm (s):

فَإِنَّ أُمَّتي يَأْتونَ يَوْمَ القِيامَةِ وَهُمْ يَقولون: (بِسْمِ الله الرَّحْمَنِ الرَّحِيمِ)، فَتَثْقُلُ حَسَناتُهُمْ في الميزانِ، فَيَقولُ الأُمَمُ: ما أَرْجَحَ مَوازينَ أُمَّةِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَآلِهِ! فَيَقولُ الأَنْبِياءُ عَلَيْهِمُ السَّلامُ: ابْتِداءُ كَلامِهِمْ ثَلاثَةُ أَسْماءٍ مِنْ أَسْماءِ اللهِ تَعالى، لَوْ وُضِعَتْ في كَفَّةِ ميزانٍ وَوُضِعَتْ سَيِّئاتُ الخَلْقِ في كَفَّةٍ أُخْرَى، لَرَجَحَتْ حَسَناتُهُمْ

“Həqiqətən, Qiyamət günü mənim ümmətimi Bismilləhir-rəhmənir-rəhim dediyi halda (hesab üçün) gətirərlər və onların yaxşılıqları (tərəziyə qoyulduqda pis əməllərindən) ağır gələr. (Digər) ümmətlər fəryad qopararlar ki, “nə üçün Muhəmməd (s) ümmətinin tərəziləri ağır gəldi?” Peyğəmbərlər cavab verərlər ki, bu ümmət sözə Allah-Taalanın üç adı ilə (“Allah”, “Rəhman”, “Rəhim”) başlayardı. Əgər həmin adları tərəzinin bir gözünə, insanların isə bütün pisliklərini tərəzinin digər gözünə qoysalar, (bu üç adın bərəkətindən) onların yaxşılıqları ağır gələr.” (“Tənbihul-xəvatir”, c.1, səh.32.)

9-Ata-anaya yaxşılığın mükafatı

Peyğəmbəri-Əkrəm (ə):

مَنْ سَرَّهُ أَنْ يُمَدَّ لَهُ فِي عُمُرِهِ وَ يُبْسَطَ فِي رِزْقِهِ فَلْيَصِلْ أَبَوَيْهِ- فَإِنَّ صِلَتَهُمَا طَاعَةُ اللَّه

“Hər kim ömrünün uzun və ruzisinin bol olmasını istəyirsə, ata-anasına yaxşılıq etsin. Həqiqətən, onlara yaxşılıq (və xidmət) Allaha itaətdir.” (“Biharul-ənvar”, c.71, səh.85.)

10-Rədd edilməyən dua

Peyğəmbəri-Əkrəm (s):

لا يُرَدُّ دُعاءٌ أَوَّلُهُ: بِسْمِ الله الرَّحْمَنِ الرَّحِيم

Bismilləhir-rəhmənir-rəhim” ilə başlanılan dua Allah dərgahında rədd edilməz.” (“Mustədrəkul-vəsail”, c.5, səh.304.)

11-Bunlara baxmaq ibadətdir...

Həzrət Peyğəmbər (s):

مُجَالَسَةُ الْعُلَمَاءِ عِبَادَةٌ وَ النَّظَرُ إِلَى عَلِيٍّ (ع) عِبَادَةٌ وَ النَّظَرُ إِلَى الْبَيْتِ عِبَادَةٌ وَ النَّظَرُ إِلَى الْمُصْحَفِ عِبَادَةٌ وَ النَّظَرُ إِلَى الْوَالِدَيْنِ عِبَادَةٌ.

“Alimlərlə oturub-durmaq, Əlinin (ə) üzünə baxmaq, Kəbəyə baxmaq, Qurana baxmaq və valideynlərin üzünə baxmaq ibadətdir.” (“Biharul-ənvar”, c.1, səh.204, hədis 24.)

12-Qiyamət günü soruşulucaq dörd sual

Peyğəmbəri-Əkrəm (s):

لا تَزولُ قَدَما عَبدٍ يَومَ القِيامَةِ حَتّى يُسأَلَ عَن أربَعٍ: عَن عُمُرِهِ فيما أفناهُ، وعَن جَسَدِهِ فيما أبلاهُ، وعَن مالِهِ فيما أنفَقَهُ ومِن أينَ كَسَبَهُ، وعَن حُبِّنا أهلَ البَيتِ

“Qiyamət günü heç kəs dörd şeyə cavab vermədən addım atmayacaq:

1. Hansı yolda sərf etdiyi ömrünə;

2. Hansı yolda qocaltdığı bədəninə;

3. Malını hansı yolla qazanıb, hansı yolda xərclədiyinə;

4. Biz Əhli-beytin məhəbbətinə.” (“Əl-möcəmül-kəbir”, c.11, səh.84, hədis 11177.)

13-İnsanların ən pisi

Peyğəmbəri-Əkrəm (s):

شَرٌّ النَّاسِ عِندَاللهِ یَومَ القِیامَةِ الَّذینَ یُکرَمُونَ اتِّقآءَ شَرِّهِم

“Qiyamət günü Allah dərgahında insanların ən pisi şər işlərinin qorxusundan ehtiram olunan kəsdir.” (“Biharul-ənvar”, c.75, səh.283.)

14-Əhli-beytə sevgi

Peyğəmbəri-Əkrəm (s):

الإِسلامُ عُريانٌ، فَلِباسُهُ الحَياءُ وزينَتُهُ الوَقارُ ومُروتُهُ العَمَلُ الصّالِحُ وعِمادُهُ الوَرَعُ. ولِكُلِّ شَيءٍ أساسٌ، وأساسُ الإِسلامِ حُبُّنا أهلَ البَيتِ

İslam çılpaqdır; libası həya, zinəti vüqar, comərdliyi saleh əməl və sütunu təqvadır. Hər şeyin əsası vardır, İslamın da əsası biz Əhli-beytə məhəbbətdir.” (“Əl-kafi”, c.2, səh.46, hədis 2.)

Maide.az – Maarif bölümü