Polad Aslanov 16 il azadlıqdan məhrum edilib

Noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il müddətinə həbs olunmasını  istəyib.

 
Proses qapalı rejimdə keçirilib.
 
P.Aslanov 2019-cu il iyunun 12-də həbs edilib və CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İstintaq bildirir ki, P.Aslanov jurnalist həmkarlarını cəlb edərək, İranın xüsusi xidmətləri ilə əməkdaşlığa yönləndirib.
 
P.Aslanov bütün ittihamları rədd edərək bildirib ki, onu Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edirlər.
 
Beynəlxalq təşkilatlar onun həbsini pisləyib, P.Aslanovu azad etməyə çağırıblar. /turan/