Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'

Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək.
 
APA-nın “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rusiya Enerji Həftəsi" konfransında çıxışı zamanı deyib.
 
"Qarşılıqlı maraqlar, şübhəsiz ki, bu və ya digər formada münasibətlərimizin yaxşılaşmasına və ABŞ-ın siyasi quruluşunun öz maraqlarına ziyan vuran Rusiya-Amerika münasibətləri ilə bağlı spekulyasiyanı dayandırmasına səbəb olacaq", - deyə Vladimir Putin bildirib.