Qəzaya düşən pilotumuzun görüntüləri yayıldı

İyulun 24-də Xəzər dənizində qəzaya uğrayan Azərbaycanın hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyevin təlim-məşq uçuşları zamanı qeydə alınmış videosu yayılıb.
 
Axar.az xəbər verir ki, videodan pilotumuzun peşəkarlığı açıq-aydın görünür.
 
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.
 
Xatırladaq ki, 34 yaşlı R.Atakişiyev evlidir, iki oğlu var.