Qərb sahillərində fələstinlilərin evlərini dağıdılıb

İordaniyanın qərb sahillərinin cənubunda yerləşən Fələstinlilərin evləri sionist İsrail rejim qüvvələri tərəfindən  dağıdılıb.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, yerli sakinlər və insan haqları aktivisti olan İbrahim Əvəzin verdiyi məlumata əsasən, sionist rejimi qüvvələri ötən gün Beytləhmin qərbində yerləşən "əl-Vəlicə" qəsəbəsinə hücum ediblər.
 
Sionistlər həmin qəsəbədə bir evi, bir istixana və bir küçəni "icazəsiz tikinti" bəhanəsi ilə dağıdıb. 
 
Fələstinli insan hüquqları aktivistləri beynəlxalq təşkilatlardan fələstinlilərin sionistlər tərəfindən evlərinin dağıdılmasının qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb.