Qəzzada keçirilən dinc aksiyada daha 5 fələstinli yaralandı

Sionist  İsrail rejimi tərəfindən  mühasirədə saxlanılan Qəzzada keçirilən dinc etiraz aksiyası işğalçı rejim hərbçiləri tərəfindən dağıdılıb.
 
Maide.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
 
 
Məlumata görə, aksiyanın dağıdılması zamanı beş fələstinli xəsarət alıb.
 
 Zərərçəkənlərin sağlamlıq durumu barədə məlumat verilmir.
 
 
Fələstinlilər 2018-ci ilin 30 martından "Böyük qayıdış yürüşü" aksiyaları keçirirlər. Aksiyaların gedişatında bu günə kimi 320-dən çox fələstinli şəhid olub,  18 min 500 fələstinli isə yaralanıb