Qərb sahilininin birləşdirilməsi regionda vəziyyəti gərginləşdirə bilər

Qərb sahilininin birləşdirilməsi regionda vəziyyəti gərginləşdirə bilər. 
 
Maide.Az xəbər verir ki, işğalçı İsrail rejiminin baş naziri Binyamin Netanyahu İordan çayının Qərb sahilində  30 faiz Fələstin ərazisinin işğal olunmuş torpaqlara birləşdiriləcəyini bildirib. 
 
Qeyd edək ki, sözü gedən ərazi 5600 kvadratkiliometrdir və Qəzza ərazindən 20 dəfə böyükdür.  Təqribən 2 milyon 600 nəfər əhalisi var. İşğal olunmuş ərazilərlə ən böyük sərhəddə malikdir.  Ekspertlər bununla regionda vəziyyətin yenidən gərginləşdirəcəyini bildirir. 
 
Xatırladaq ki, Fələstin Hökuməti İordan çayının Qərb sahilinin durumu ilə bağlı 1967-ci ilin sərhədlərinə qayıtmağa təkid edir. Lakin işğalçı rejim  1967-ci ildən sonrakı illərdə BMT TŞ-nin  qətnamələrinə məhəl qoymadan  Qərb sahili ərazisini  yavaş-yavaş  işğal olunmuş ərazilərə birləşdirməyə çalışır. Hətta 1993-cü ildə Oslo sazişinə uyğun olaraq  Qərb sahili  üç “A” Fələstinə aid,  “B” müştərək idarəetmə, və “C”  işğalçı rejimə aid hissəyə bölünmüşdü.  Bu sazişdən sonra da İşğalçı İsrail rejimi öz hücum taktikasını davam etdirdi.  2019-cu ildə ABŞ prezidenti  Donald Trampın  “Əsrin müqaviləsi” layihəsi  Qərb sahilində yeni  ərazilərin işğalı üçün zəmin yaratdı. 
 
Trampın layihəsinə görə, Qərb sahilinin yalnız 40 faizi Fələstinə aid olur və İsrailin işğal olunmuş ərazilərdə hakimiyyəti  rəsmən tanınır. 
 
Onu da bidirək ki, İordan çayının Qərb sahili su ehtiyatlarına və iqtisadi potensialına görə işğalçı İsrail rejimi üçün xüsusi önəm daşıyır.  Lakin Fələstin üçün hökumət formalaşdırmaq üçün qala rolunu oynayır.