Qahirə hava limanını su basıb

Son bir neçə gündə Misirin paytaxtı Qahirədə yağan güclü yağışlar nəticəsində hava limanını su basıb. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  hava limanını su basması sərnişinlər üçün problem yaradıb, uçuşlar ləğv olunub. 
 
Qeyd edək ki, güclü yağış  Misirin bir neçə şəhərində o cümlədən İskəndəriyə əyalətində də problemlər yaradıb. 
 
İskəndəriyyə əyalətində sel və daşqınlarla bağlı fövqəladə vəziyyət elan olunb. 
 
Misir hökuməti  havanın yağışlı olması və daşqın təhlükəsinə görə Qahirədə və bir neçə şəhərdə  məktəb və universitetləri tətil elan etmişdi. 
 
Misirdə güclü yağışlar cümə gününə kimi davam edəcək.