Qarabağ əlilləri il SOCAR işçiləri arasında insident olub

Sentyabrın 28-də və 30-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə bir qrup əngəlli şəxs arasında Binəqədi rayonu Biləcəri qəsəbəsində insident yaşandığı bildirilir.
 
‘Bizi lomla döyürdülər’
 
Bu barədə AzadlıqRadiosuna Qarabağ döyüşlərində əlil olduğunu deyən Arif Rəhimov məlumat verib.
 
Arif Rəhimovun sözlərinə görə, sentyabrın 28-də SOCAR-ın əməkdaşları qəsəbəyə gələrək, orada tikdikləri evin qanunsuz olduğunu bildiriblər.
 
"Təxminən 30 nəfər idilər. Dedilər ki, evi qanunsuz tikirsiz, sökülməlidir. Necə olur ki, onlar tikəndə qanuni olur, biz tikəndə qanunsuz? Etirazımızı bildirdik, başladılar bizi döyməyə".
 
Arif Rəhimovun vurğulamasına görə, insident nəticəsində bir neçə əlil xəsarət alıb:
 
"Bu gün, sentyabrın 30-da yolla gedirdik. Bir neçə maşınla gəlib, əllərində lom, armatur, “montirovka” ilə düşdülər. Bəzilərinin əyinidə üzərində SOCAR yazılmış paltar var idi, çoxusu isə mülki geyimli idilər. Düşən kimi bizə hücum edib, döydülər. İki nəfər üçün Təcili tibbi yardım gəldi. Mənim özümüm alnımı partlatdılar. Polis müdaxilə etməsəydi, vəziyyətimiz daha ağır olcaqdı. Birinci qrup əliləm, Qarabağ qazisiyəm, bizi niyə döyürlər?".
 
Başçı və rəislə görüş
 
Arif Rəhimov əlavə edib ki, hadisədən sonra Binəqədi Rayon İcra Hakimiyyətin başçısı Elxan Allahverdiyev və Binəqədi Rayon Polis İdarəsinin rəisi Musa Musayev onlarla görüşüb:
 
"Rəis dedi ki, izahat yazaq, araşdıracaqlar. Problemimizlə məşğul olacaqlarına söz verdilər".
 
SOCAR təkzib edir
 
SOCAR-dan isə Qarabağ savaşı veteranlarının dediklərini təkzib ediblər.
 
Qurumdan bildirildiyinə görə, onların əməkdaşları əlillərə zorakılıq tətbiq etməyiblər: /azadliq.org