Qarabağ qaziləri Xocalı soyqırımı ilə bağlı Bakıda ucaldılan 'Ana fəryadı' abidəsini ziyarət ediblər

Bu gün “Qarabağ qaziləri“ İctimai Birliyinin üzvləri XX əsrin ən böyük faciələrindən hesab edilən Xocalı soyqırımı ilə bağlı Bakıda ucaldılan “Ana fəryadı“ abidəsini ziyarət ediblər.

 
Qaziler.az bildirir ki, ziyarətçilər şəhidlərimizin ruhuna dualar oxuyub, abidənin önünə əklil qoyublar.
 
“Qarabağ qaziləri“ İctimai Birliyinin sədri Asəf Əliyev Qaziler.az-a bildirib ki, Xocalı faciəsi erməni faşistləri tərəfindən xalqımıza qarşı törədilmiş ən dəhşətli soyqırımdır. “Biz Xocalı soyqırımını həyata keçirənləri lənətləyir, dünya ictimaiyyətindən bu faciəni törədən canilərin beynəlxalq tribunalda cavab verməsi üçün Azərbaycanın haqq səsini dəstəkləmələrini tələb edirik.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!“