Novxanı-Sumqayıt yolunda qəzada dörd nəfər öldü

Novxanı-Sumqayıt yolunda "Range-Rover" markalı avtomobil qəza törədib.
 
Maide.Az "sonxeber.az" a istiandla  xəbər verir ki, "Spring" hotelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı "Range-Rover" markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.
 
Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra "Damas" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən "Damas"da olan üç nəfər ölüb.
 
Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Məlumatda sürücünün  hadisə zamanı sərxoş olduğu bildirilib.