Qazaxıstanda qızılca 21 nəfəri öldürdü

Qazaxıstanda 2019-cu ildə 21 nəfər qızılcanın qurbanı olub.
 
Bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Jandarbek Bekşin brifinq zamanı deyib.
 
O bildirib ki, xəstəlikdən ölənlərin 19 nəfəri uşaq olub.
 
Nazirlik nümayəndəsinin sözlərinə əsasən, ölənlər qızılcadan peyvənd olmayıblar.
 
Qeyd olunur ki, ölkədə qızılcaya qarşı peyvəndin aparılması üçün 2 milyondan çox vaksin əldə olunub. /Trend