Qubada ayı 6 inəyi parçaladı

Qubanın ucqar kəndlərinin birinə ayı hücum edib. 
 
"Yeni Sabah" xəbər verir ki, rayonun Küsnətqazma kəndinə artıq 3-cü gecədir ki, ayı hücum edir.
 
Bu gecə etdiyi hücum zamanı ayı kənd sakininin 6  baş inəyi parçalayıb. Onlardan 3-ü ölüb, 3-ü yaralıdır.