Quranda İslami təfəkkür tezisi - 11-ci məclis (AUDİO)

TÖVHİD RUHU – ALLAHDAN QEYRİSİNƏ İBADƏT QADAĞANDIR!

 

Bazar günü – 1974-09-29

Ramazan ayının 12-i.

بسم الله الرحمن الرحيم

أَفَغَيْرَ اللّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنَزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلاً وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِالْحَقِّ فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ. وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلاً لاَّ مُبَدِّلِ لِكَلِمَاتِهِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ.

“Mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! Halbuki, Allah sizə kitabı (Quranı) müfəssəl surətdə nazil etmişdir. Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər.Sən şəkk-şübhəyə düşənlərdən olma! Rəbbinin sözü düzgün və möhkəm şəkildə yekunlaşdı.Onun sözlərini (əmrlərini) dəyişdirə biləcək bir kəs yoxdur. O, eşidən və biləndir!

“Ənam” surəsi, ayə 114-115.

 

Nə qədər fikirləşiriksə, tövhid bəhsinin üzərindən bu qədər asanlıqla keçmək olmur. Əvvəla, əqidənin təməlidir; ikincisi, fərdi və ictimai əməllə bağlı mühüm bir prinsipdir; üçüncüsü, tövhid əhli olan müsəlman xalqının tövhid haqqında məlumatı çox azdır, hətta demək olar ki, heç nə bilmir, ailə ocağında uşaqlara “Allah birdir, iki deyildir.” – deyə öyrədilsə də, adətən, tövhid əhli tövhidin müxtəlif yönləri barəsində ölüm vaxtına yaxın yaşlarında belə heç nə bilmirlər. Demək, insanların məlumatı azolduqları bu əhəmiyyətli məsələ haqqında daha çox danışmaq lazımdır.

Buna rəğmən, Quran ayələri də uyğun məsələnin əhəmiyyətini nəzərə alıb onunla bağlı müxtəlif intonasiya ilə söz açır. Mən bundan sonra bu mühüm etiqadi və əməli prinsip haqqında neçə gün söhbət etsəm, məsələnin aydınlaşması üçün Quranın mübarək ayələrindən nümunələr gətirəcəyəm. Bu gün oxuduğumuz ayələrdə tövhidlə bağlı yeni məqamlar aşılanır. Dünən ona qısa şəkildə işarə etdik, bu gün isə geniş şəkildə söz açacağıq.

بسم الله الرحمن الرحيم

أَفَغَيْرَ اللّهِ أَبْتَغِي حَكَمًا وَهُوَ الَّذِي أَنَزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلاً وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِالْحَقِّ فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ.وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلاً لاَّ مُبَدِّلِ لِكَلِمَاتِهِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ. وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللّهِ إِن يَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ هُمْ إِلاَّ يَخْرُصُونَ

Bağışlayan və rəhmli Allahın adı ilə.

“Mən Ondan başqasınımı özümə hakim istəməliyəm?! Halbuki, Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etmişdir. Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər.Sən şəkk-şübhəyə düşənlərdən olma! Rəbbinin sözü düzgün və möhkəm şəkildə yekunlaşdı.Onun sözlərini (əmrlərini) dəyişdirə biləcək bir kəs yoxdur. O, eşidən və biləndir! Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar.Onlar yalnız zənnə uyarvə yalnız zənn əsasında hökm yürüdərlər![1]

(Burada tərcümə etdiyimiz və sonda qısa şəkildə şərh verdiyimiz)[2] bir neçə ayədən sonra belə buyurulur:

وَلاَ تَأْكُلُواْ مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَآئِهِمْ لِيُجَادِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ

“Üstündə Allahın adı çəkilməmiş şeylərdən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına (və həmkarlarına) sizinlə mücadilə etmək üçün ilham edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.[3]

Bugünkü nəzər nöqtəsi ilə bağlı mətləbin xülasəsi budur: Bəziləri ibadətə layiq görülürlər; belə ki, onu müqəddəs və təbiət aləminin fövqündə güc sahibi sanırlar. Buna insanların tarix boyu bütlərə, yaxud müqəddəs və təqvalı insanlara ibadət etməsini misal göstərə bilərik. İbadətlə bağlı nəzərə çarpan ilk baxış budur. Allaha ibadətin vacibliyi də, nəzərimizcə, elə həmin müqəddəslik, insanın onu qəlbi və ruhi baxımdan böyük varlıq bilməsi kimi nəzərə çarpır. Necə ki, xristianlar Həzrət İsa Məsihi (ə) və yaxud pak-pakizə anası Xanım Məryəmi (ə) müqəddəs bilir, Həzrət İsa Məsih (ə) və yaxud Həzrət Məryəmin (ə) olduğunu güman etdikləri heykəllərin qarşısında diz çöküb ağlayır, onlara ibadət edirlər. Bu, hamının ibadətlə bağlı anladığı məfhumdur.

Bu məfhumdan əlavə, başqa bir məna və yaxud həmin məfhumun digər bir yönü də var ki, onu da ibadət adlandırmaq olar. Quranda da “ibadət” elə bu mənada işlədilmişdir. Əgər şərh verəcəyimiz ikinci mənada kiməsə ibadət olunarsa və bir nəfər başqasına bu məqsədlə ibadət edərsə, bu da Allahdan qeyrisinə ibadət növünə aid olur. Bir sözlə, ibadət yalnız bu deyil ki, insan hansısa bir varlığı müqəddəs bildiyi, qəlbən sevdiyi və üstün məqama layiq gördüyü üçün onun müqabilində baş əyib səcdə etsin, rükuya getsin, ona yalvarsın, ibadət etsin, əllərini zəlilcəsinə ona tərəf qaldırsın, əksinə ibadət adlandırılan digər işlər də vardır. Həmin işləri biz yox, Quran “ibadət” adlandırır. Demək, Quran leksikologiyasında ibadət geniş məna kəsb edir. Odur ki, biz də həmin geniş mənanı axtarıb tapmalı və əgər Allaha ibadət etmək istəyiriksə, (ona düzgün şəkildə ibadət etməli və) Allahdan qeyrisinə ibadət etməməliyik. Yəni, həqiqi tövhid əhli və ardıcılı olmaq istəyiriksə, ehtiyatlı olmalı və bilməyərəkdən Allahdan qeyrisi müqabilində ikinci növ ibadəti yerinə yetirməməliyik. Dünyanda tövhid əhlinin əksəriyyəti öz gümanınca Allahdan qeyrisi – əşyalar və insanlar – müqabilində baş əymədiyi və səcdə etmədiyini düşünür, halbuki iknci mənada əməli, qəlbi və ruhi baxımdan Allahdan qeyrisinə ibadət edirlər.

İbadətin ikinci mənası nədir? İbadətin ikinci mənası çox sadədir və dilimizdə ona “itaət” deyilir. Hər kəsə mütləq və qeydsiz-şərtsiz itaət ibadətdir. Əgər bir fərd və cəmiyyət bir nəfərə qeydsiz-şərtsiz itaət edərsə, onun əmrlərini öz həyatında, öz cismində, canında və əməlində icra edərsə, ona ibadət etmişdir. Bu sözü haradan deyirik? Quran ayələrinə istinad edirik. İbadətin “itaət” mənasını daşıdığını Quran bizə öyrədir. Ədiyy ibn Hatəm Tayi[4] (məşhur Hatəm Tayinin oğlu; onun məqamı atasının məqamından çox üstün idi) Mədinəyə daxil oduqdan sonra, hələ müəslman olmamışdan bir neçə gün öncə Peyğəmbəri-Əkrəm (s) bu ayəni tilavət edərkən, onun boynundan xaç asıldığını gördü:

اتَّخَذُواْ أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِّن دُونِ اللّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُواْ إِلاَّ لِيَعْبُدُواْ إِلَـهًا وَاحِدًا

“Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar qəbul etdilər. Halbuki, onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu.[5]

Bu ayə Ədiyy ibn Hatəmin qulağına çatdıqda, üzünü Peyğəmbəri-Əkrəmə (s) tutub dedi: “Ey Allahın Rəsulu, bu söz düz deyil, biz haçan Allahın yerinə alimlər və rahiblərimizə iman gətirmişik? Biz haçan onlara ibadət etmişik?” O, Peyğəmbəri-Əkrəmə (s) və Quran ayəsinə etiraz etdi. Nə üçün? Çünki onun ibadətlə bağlı təsəvvür etdiyi məna sizin indi təsəvvür etdiyiniz məna ilə eyni idi; ibadəti raz-niyaz, müqəddəsliklə yanaşı, qəlbi bir halət, namaz qılmaq kimi həm dil, həm qəlb, həm də cismlə yerinə yetirilən əmələ aid hesab edirdi. Ədiyy ibn Hatəm ibadəti bu mənada anladığı üçün Quran ayəsində “Onlar alimlər və rahibləri özlərinə məbud seçib onlara ibadət edirlər.” – deyə buyurulduğunu eşitdikdə, etiraz edərək dedi: “Bu söz düz deyil, axı biz xristianlar haçan alimlər və rahiblərə ibadət etmişik?”

Peyğəmbəri-Əkrəmin (s) Ədiyy ibn Hatəmin etirazına verdiyi cavabın məzmunu belədir: “Bəli, onlara səcdə etmirsiniz, lakin onlar nə deyirsə, qeydsiz-şərtsiz qəbul edirsiniz:

ولاكِن اَحَلّوُا حَراماً وَ حرَّمُوا حَلالاً – Allahın haramlarını halal, halallarını isə haram etdilər. Siz isə həqiqəti araşdırmadan və anlamadan onların sözlərinə qeydsiz-şərtsiz itaət etdiniz. Bu da ibadətdir, insanın bir varlığı özünə məbud və rəbb qəbul etməsidir.” Bu məzmunda İmam Sadiqdən (ə) bir rəvayət vardır. Maraqlanmaq istəyənlər “Nurus-səqəleyn” kitabına, uyğun ayənin təfsirinə müraciət edə bilərlər.[6]

Quran leksikologiyasına əsasən, Allahdan qeyri bir varlıq qarşısında qeyd şərtsiz itaət ibadət hesab olunur. (İstər siyasi və ya dini qüdrət olsun, istər insanın nəfsi istəkləri və şəhvətləri kimi batini amil, istərsə də, insan varlığından kənar qeyri-siyasi və qeyri-dini bir varlıq olsun.) Beləliklə insanın qadına, yersiz ehtiram göstərdiyi şəxsə, dosta itaəti ibadət mənasını daşıyır. Kim başqa bir kəsə və yaxud bir şeyə itaət edərsə, ona ibadət etmişdir.

Burada bir rəvayətə toxunmaq istəyirəm ki, Quranın bu leksikonunun bütün İslam, xüsusən, şiə mənbələrində (Quran və hədislərdə) geniş yer aldığı aydınlaşsın. İmam Cavaddan (ə) nəql olunan bu rəvayətdə belə buyurulur:

مَنْ اَصْغيٰ اِليٰ ناطِقٍ فَقَدْ عَبَدَهُ

“Dаnışаnа qulaq asan оnаibаdәtеdir.

İbadətin dairəsi olduqca genişdir, yalnız itaət etmək deyil, həm də fikir və düşüncəni başqasına yönəltmək ona ibadət sayılır. Burada soruşa bilərsiniz ki, elə isə düz sözə də qulaq asmayaqmı? Hədisin davamında belə buyurulur:

فَاِنْ كانَ النّاطِقُ عَنِ اللهِ عزَّوجلَّ فَقَدْ عَبَدَ اللهَ

Әgәr danışan şəxsАllаhd-Taaladаn dаnışırsа, həqiqətən, Ona ibadət etmişdir. Əgər danışan şəxs Allahdan danışarkən sənin bütün fikir və diqqətini özünə yönəldərsə, sən də qəlbini, diqqətini, fikrini və ruhunu ona təslim edərsənsə, Allaha ibadət etmisən.

وَ اِنْ كانَ النّاطِقُ يَنْطِقُ عَنْ لِسانِ اِبْليسَ فَقَدْ عَبَدَ اِبْليسَ

Әgәr danışan şəxs İblisin (və şеytаnın) dilindәn dаnışаrsа, İblisə ibаdәt еdәr.[7] Әgәr danışan şəxs məntiq və ilahi təfəkkür fəlsəfəsinin əksinə danışan zaman sən də onun sözlərini dinləyib etiraf etsən, ona inansan, həqiqətən də, ona ibadət və itaətlə məşğul olubsan; ümumiyyətlə, bu zaman danışanın özü şeytandır. Şeytanın nümayəndəsi və yaxud danışan dili yox, qeyd etdiyimiz mənada, elə onun özü şeytandır. Quranda da şeytan bu mənanı ifadə edir.

Belə bir varlığa itaət siyasi və dini qüdrət olmasa da, ona qeydsiz-şərtsiz itaət və ibadətdir. Allahdan qeyrisindən üz çevirib yalnız Allaha ibadət edən, tövhid əhli və allahpərəst olan şəxs özünün mütləq itaətini də aləmlərin Rəbbi olan böyük Allaha məxsus etməlidir. Qanuna, ictimai nizam-intizama və adət-ənənələrə itaət də ibadətin bir növü sayılır (onlara itaət ibadət sayılır.) Elə isə qanuna riayət etməyəkmi? Hansı qanuna riayət edək? Adət-ənənələrə və nizam-intimaza tabe olmayaqmı? Cavab müsbətdir, lakin çalışmalısan ki, bu qədər məbudlar içərisində yalnız yeganə Allaha itaət və ibadət edəsən, Ona bəndə olasan.

Görün, insanın baxış bucağı nə qədər genişlənir, onun üçün tarixi hadisələr necə izah olunur? Bütün peyğəmbərlər tövhid əqidəsi ilə gəlmişlər. Peyğəmbərlər və peyğəmbərlik mövzusunda bu məsələni də Qurana istinadən bəyan edəcəyik. Bütün böyük ilahi peyğəmbərlər insanları tövhid əhli (təkallahlı) etmək üçün gəlmişlər. Tövhid əhli nə deməkdir? Allahdan qeyrisinə itaət qandalını onların əl-qloundan açmaq. Quranın bir ayəsində də bu mənaya açıq-aşkar toxunulur və buyurulur:

وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالأَغْلاَلَ الَّتِي كَانَتْ عَلَيْهِمْ

“Onların ağır yükünü yüngülləşdirər və onlara bağlanmış qandalları açar.”[8]

Peyğəmbərlərin hədəfi budur!

Tövhidə bu təfəkkürlə yanaşdıqda, onun həyat üçün bir ideya və prinsip olduğunun, ictimai sistem və insanın hər zaman bir istiqamət üzrə hərəkətinin, bəşər cəmiyyətinin keyfiyyətli həyatının şahidi olacaqsınız. Görün bu tövhidin quru, ruhsuz, düşüncəsiz və elmsiz tövhidlə – “Allah birdir, iki deyildir.” tövhidi ilə fərqi nə qədərdir? Tövhid budur!

Quranda bu məna ilə bağlı bir çox aydın nümunələrə rast gəldim; əgər onların hamısını qeyd etmək istəsəydim, ən azı sizin üçün 5-6 vərəqdə qeyd etməli olacaqdım, odur ki, yalnız iki nümunə qeyd etmişəm. Bu iki nümunədən açıq-aydın anlaşılır ki, Allahdan qeyrisinə itaət də ibadət sayılır. Xalis tövhid, dinin ruhu və əsası odur ki, insan itaətini Allaha, ilahi proqramlara, ilahi nizam və struktura həsr etməlidir. Burada iki nümunəni qeyd etməklə kifayətlənirəm, siz isə bu yanaşma tərzi ilə digər nümunələr əldə etmək üçün Qurana müraciət edə bilərsiniz. Çalışın Quranla tanış olun ki, uyğun ayələri tapıb mənaları ilə tanış olmaq üçün mənə ehtiyac duymayasınız, özünüzü bu tükənməz xəzinə və sonsuz dəryaya yaxınlaşdırın. Bunu dəfələrlə tövsiyə etmişəm və tövsiyə etmədiyim zaman isə çiynimdə ağır yük olduğunu hiss etmişəm. Əvvəla, bunu sizə deməyi özümə vəzifə bilirəm: Mütləq Qurana müraciət etməlisiniz. Şair demişkən, bu böyük dərya və sahilsiz okeanın xüsusiyyəti budur:

هُوَ البَحرُ مِن أَيِّ النَواحي أَتَيتَهُ

 فَلُجَّتُهُ المَعروفُ وَالجودُ ساحِلُه

“O, elə bir dənizdir ki, hansı tərəfdən ona tərəf gəlsən, dalğaları gözəllik, sahili xeyirxahlıqdır.”

Qurana hansı tərəfdən üz tutsan, bəhrələnəcəksən. Hər kim Quranla oturub-dursa, mütləq bəhrələnəcəyi bir məqam olacaqdır; necə və hansı metodla olrusa olsun, Quranın dilini az da olsa anlayın, ondan bəhrələnin, ona nə qədər çox müraciət etsəniz, daha da agah və ayıq olacaqsınız. Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”də buna bənzər bir ifadədə belə buyurmuşdur:

وَمَا جَالَسَ هَذَا الْقُرْآنَ أَحَدٌ إِلَّا قَامَ عَنْهُ بِزِيَادَةٍ أَوْ نُقْصَانٍ زِيَادَةٍ فِي هُدًى أَوْ نُقْصَانٍ مِنْ عَمًى

Bu Quranla oturan elə bir kəs yoxdur ki, onun yanından duranda (ondan ayrılanda) ona nəsə artırılmasın, ya da əskilməsin – hidayəti (doğru yolda olması) artmasın və ya (qəlbi, ruhu, şüuru və batininin) korluğu (azğınlığı) azalmasın.[9]

Əmirəlmöminin Əlinin (ə) cümləsi “Bu Quranla oturan elə bir kəs yoxdur ki...” – ifadəsi ilə başlayır. Bu ifadə mütləqdir və ümumi xarakter daşıyır. Bu mətləbi mötərizədə diqqətinizə çatdırdım və haşiyəyə çıxaraq bütün qardaş və bacıların diqqətini Qurana yönəltmək istədim.

Nə üçün Quranla bağlı bu mətləbə toxundum? Çünki qardaş və bacıların diqqətinə çatdırmaq istədim ki, tarix boyu insanların Qurandan uzaqlaşması üçün müxtəlif qurğu və vasitələrə əl atmışlar və həmin qurğu və vasitələrdən biri hələ də günümzə hakimdir; hələ də bir qrup nadan və qərəzli adam “Quranı başa düşən yoxdur.” – ifadəsini təkrarlayır. Bu cümlə haqqında yalnız Əmirəlmöminin Əlinin (ə) “Nəhrəvan” xəvaricinə buyurduğu sözü deyə bilərəm:

كَلِمَةُ حَقٍّ يُرَادُ بِهَا بَاطِلٌ

Batil məqsəd üçün nəzərdə tutulan haqq sözdür.

Bu, haqq sözdür, lakin danışanın məqsədi çirkin və məkrlidir. Bəli, hidayət imamları Quranı təsəvvür etdiyimizdən də üstün şəkildə dərk edirdilər. Onlar Quranın müştaq olduğu yüksək ruh, böyük düşüncə və təfəkkür sahibləri, özləri ayrı-ayrılıqda bir Quran idilər. Bunda heç bir şəkk-şübhə yoxdur. Amma imamların Quranı yüksək səviyyədə dərk etmələri bizim onun bir kəlməsini, bir hissəsini belə anlamadığımız anlamında deyil. Düzdür, hidayət imamları Quranı hamıdan daha yaxşı bilir və dərk edirdilər, lakin “Quranı imamlardan başqa, heç kim başa düşə bilməz.” – deyənlərin məqsədi imamların məqamını ucaltmaq deyil, əksinə səni (insanları) Qurandan uzaqlaşdırmaqdır. Necə ki, o Allah bəndəsinə “Namaz qıl!” – deyiləndə, cavab verdi ki, əgər namaz yalnız ağam Əlinin (ə) qıldığı namazdırsa, daha mən nə üçün namaz qılmalıyam?:

گر نماز آن بود کان مظلوم کرد

دیگران را زین عمل محروم کرد

“Məzlum ağanın (İmam Əlinin (ə)) qıldığı namaz başqalarını bu əməldən məhrum etdi.”

Bu da elə həmin məntiqdir. Əgər onlar Quranı dərk edirlərsə, biz və siz nə üçün Quranı açmalıyıq? Ey zavallı! Ey yazıq! Ey Quran maarifindən məhrum qalan! Vay halına! Vay halına! Vay halına ki, Quranı anlamırsan! Amma özün anlamadığın halda, başqalarını da anlamağa qoymursansa, təşnə insanlara bu qaynayan və ləzzətli bulaqdan bəhrələnməyə icazə vermirsənsə, daha çox vay halına! İnsanları Qurandan uzaqlaşdıranların və ayrı salanların, müxtəlif bəhanələrlə Quranı anlamaq məqsədilə açıb oxumaq istəyənlərə maneçilik törədənlərin vay halına!

Siz qardaş və bacılar, bilin ki, bizim bugünkü işimiz Quranladır. Necə ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

فَإِذَا الْتَبَسَتْ عَلَيْكُمُ الْفِتَنُ كَقِطَعِ‏ اللَّيْلِ‏ الْمُظْلِمِ‏ فَعَلَيْكُمْ بِالْقُرْآنِ

“Fitnələr sizi qaranlıq zülmətlər tək bürüdükdə, Qurandan yapışın.”[10]Fitnələr qaranlıq gecələr tək sizin həyatınıza kölgə saldığı gün Qurana üz tutun. Gecə tək zülmət fitnələri görmürsünüzmü? Gözümüzün önündəki və yaxınlığımızdakı dolanbac yolları görmürsünüzmü? Görən gözlər hər tərəfdən hücuma keçən oğru və quldurları görmürmü? Bəs, Qurana haçan müraciət olunmalıdır? Axı haçan? İmam Zaman (ə) gəldikdən sonramı? Onun özü ki, natiqi-Qurandır. Elə günü bu gün Qurana müraciət etməliyik; ilk şərti də Quranı anlamağımızdır.

Bugünkü bəhsimizlə bağlı iki qisim ayə axtarıb tapmışam, siz isə digər on qismini axtarıb tapın. Quranı başa düşə bilən, yəni Quran ayələrini üzündən oxuya bilən qardaşlara tövsiyə edirəm ki, ərəbcədən tərcümə olunmuş mətnə diqqət yetirsinlər, mütləq (Quranın tərcüməsinə) baxsınlar. Quranı oxuya bilməyənlər də özlərində bu imkan və bacarığı yaratsınlar; Quranı ərəbcədənöyrənin, Qurandan dərs alın, Quranla ünsiyyət qurun və dost olun. Quranla ünsiyyətsiz keçən hər gün və hər saat həsrətə səbəb olacaqdır.

Birinci qisim ayələr “Ənam” surəsindəndir. Əlbəttə, Quranın intonasiyasına diqqət yetirmək lazımdır. Quran adi kitablar kimi deyil ki, ibadət və itaət bölməsi fəsillərə bölünsün. Quranın bəyan tərzi və dili adi səviyyədən çox-çox üstündür. Ayələr qarşıya çıxan şəraitə və vəhy mövqeyinə uyğun olaraq nazil olurdu. Uyğun mətləbi ayənin işarələrindən, cümlənin kontekstindən əldə edin.

أَفَغَيْرَ اللّهِ أَبْتَغِي حَكَمًا

“Mən Ondan başqasınımı özümə hakim istəməliyəm?!

Təfsir kitablarında “həkəm” sözünün həm qazı, həm də hökmdar mənasında işləndiyi qeyd olunmuşdur. İnsanın hökm və yaxud qəzavət istədiyi şəxsə – onların hər ikisinə “həkəm” deyilir. Allah-Taala isə həm qazıların, həm də hökmdarların ən yaxşısıdır. Hökm Ona məxsusdur.

أَلاَ لَهُ الْخَلْقُ وَالأَمْرُ

Agah olun ki, yaratmaq da, əmr etmək də yalnız Ona məxsusdur![11]Özü yaradıb, Özü də hökm verir.

أَفَغَيْرَ اللّهِ أَبْتَغِي حَكَمًا

“Mən Ondan başqasınımı özümə hakim və qazı istəməliyəm?!

وَهُوَ الَّذِي أَنَزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلاً

“Bir halda ki, Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə (qarışdırmadan izah edərək) nazil etmişdir.

“Müfəssəlsözü məsələlər arasında qarışıqlıq yaranmadan, Allahdan qeyrisinin sözü ilə qarışdırılmadan tamamilə açıqlamaq mənasındadır.

وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِالْحَقِّ

“Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər.

Quran Allah tərəfindəndir və Onun tərəfindən nazil olması haqdır.

فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ

“Elə isə sən şəkk-şübhəyə düşənlərdən olma![12]

Bu ayə Peyğəmbəri-Əkrəmə (s) xitabdır; əsla tərəddüdə yol vermə, şəkk-şübhəyə qapılma! Sən bu kitabın Allah tərəfindən olduğunu və onun sənə göndərildiyini yaxşı bilirsən, hər şeyə agahsan, qətiyyətli ol!

وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلاً

“Rəbbinin sözü düzgün və möhkəm şəkildə tamam oldu.

Rəbbinin əmri yekunlaşdı, qəti, doğru və möhkəmdir. Onun əmri peyğəmbərlik silsiləsindən ibarət idi, peyğəmbərlər tədricən gəlməli, son məqsədə və sonuncuya çatmalı, insanların üzünə geniş üfüq və sonsuz meydan açmalı, onlara hərəkət və təkamül vasitəsini daha da artıq bəxş etməlidirlər ki, bu sonsuz meydanda hərəkət edib Allaha doğru qayıda bilsinlər:

وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ“Biz Ona tərəf qayıdacağıq.[13]Allahın bu əmri, təqdiri və sözü yekunlaşdı, bağlandı və qətiləşdi.

لاَّ مُبَدِّلِ لِكَلِمَاتِهِ

“Onun sözlərini (əmrlərini) dəyişdirə biləcək bir kəs yoxdur.

وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

O, eşidən və biləndir![14]

O, sizin daxili ehtiyaclarınızın səsini eşidir, sizin üçün lazımi qanun və proqramlar tənzimləməyi bilir.

وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللّهِ

“Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar.

Görün, Allah-Taala insanın düşüncəsini necə hazırlayır; birinci ayədə Allahın qəzavəti və hökmranlığından, onun qəzavət və hökmünün üstünlüyündən, ikinci ayədə Allahın əmri, sözü və dininin möhkəmliyi və qətiliyindən söz açılır və bildirilir ki, düşmənlər və kafirlər, inadkarlar və müxaliflər nə qədər inadkarlıq etsələr də, Allahın əmri qətidir, yekun söz Onundur. Üçüncü ayədə isə nəfsin istəklərinə yox, Allaha itaət etməyin zəruriliyi vurğulanır:

وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللّهِ

“Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar.

إِن يَتَّبِعُونَ إِلاَّ الظَّنَّ

Onlar yalnız zənnə uyar.

وَإِنْ هُمْ إِلاَّ يَخْرُصُونَ

“Və yalnız zənn əsasında hökm yürüdərlər![15]

Onlar insanlarla yalnız güman və zənnə əsaslanıb rəftar edirlər. İnsanların yaşayışı üçün yol, üsul və qanun təklif və təyin edənlərin həmin qanunların doğruluğuna yəqinləri varmı? Əgər sadəlövhlükdən yəqin ediblərsə, 40-50 il də dünyada yaşamalarını arzulamaq lazımdır ki, onların möhkəm hesab etdikləri tədbirlərinin puç olub sıradan çıxacağını, proqnozlarının yanlış olacağını görsünlər. Onların yəqinləri yoxdur. وَإِنْ هُمْ إِلاَّ يَخْرُصُونَ – Dünya xalqlarını və bəşər cəmiyyətini yalnız zənn və gümanla, fərziyyə və teoriya ilə idarə edirlər. Allah-Taala isə heç kimi teoriya ilə idarə etmir, insanları gerçək mətnlə, həqiqi mənada elm və biliklə doğru yola hidayət edir:

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِ

Şübhəsiz ki, yolundan azanların halını ən yaxşı bilən sənin Rəbbindir.

وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ

Hidayət olanları da ən yaxşı bilən Odur![16]

فَكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ إِن كُنتُمْ بِآيَاتِهِ مُؤْمِنِينَ

Əgər siz Allahın ayələrinə iman gətirmişsinizsə, üstündə Onun adı çəkilən şeyləri yeyin![17]

İnsan bu ayəyə çatdıqda, ilk baxışda təəccüblənir. Bura qədər ümumi mətləblərdən söz açılır: insanların əksəriyyətinə itaət etmək, zənn və gümana, fərziyyə və teoriyaya uymaq olmaz, Allahın son peyğəmbər və dinlə bağlı əmri qəti və bitmişdir. Bu ümumi sözlərdən sonra, birdən buyurulur ki, üstündə Onun adı çəkilən şeyləri, (misal üçün,) Allahın adı ilə kəsilən qoyunu yeyin. Yəni, ümumi məsələdən qəflətən cüzi məsələyə keçilir. Bu isə insanın nəzərində təəcccüb doğurur ki, bunların bir-birilə nə əlaqəsi vardır? Əlbəttə, öz təsəvvürümə əsasən, əlaqə sözünü işlədirəm, yoxsa, buna qəti dəlil yoxdur, düşünmək və dərk etmək üçün meydan açıqdır; insan mütaliə edib uyğunluğu axtarıb tapa bilər. Amma bizim də nəzərimizə bəzi mətləblər gəlir.

Əvvəla, qeyd etdiyimiz kimi, dünyanın və insan əqlinin fövqündə olan Allah-Taalanın nəzərində bütün məsələlər eyni səviyyədədir, Onun üçün bəşərə aid ümumi məsələrlə cüzi məsələlər arasında fərq yoxdur, hamısı bərabərdir. İnsanın xoşbəxtlik amili aləmlərin Rəbbi üçün sadəcə bir əmrdir; bu əmr istər ümumi olsun, istərsə də cüzi, istər bir nəfərə aid olsun, istərsə də ümumi kütləyə və bütün insanlara. Bu, birinci mətləb!

İkincisi, kəsim məsələsini düzgün araşdırmalıyıq. İnsanın heyvanı yemək üçün kəsmək istədiyi zaman Allahın adını çəkməsi nə deməkdir? Bildiyiniz kimi, müşriklər və tövhid əqidəsindən məhrum olan qəbilələr, millətlər və ümmətlər hər bir münasibət və tədbirdə məbudlarının adlarını çəkirdilər. Misal üçün rəvayətlərdə də qeyd olunduğu kimi, xristianlar “bismil-Məsih” (Məsihin adı ilə başlayıram) – deyirdilər. Bildiyimiz kimi, dünyadakı bütlər –güc sahibləri hər bir tədbirdə və hər bir işin başlanğıcında öz adlarının çəkilməsi üçün daim çalışırdılar. Allahdan qeyrisinin adı çəkilən hər bir iş, təbii ki, qeyri-ilahi məqsəd daşıyır. Siz pul, nəfsin istəkləri və bu kimi məsələlərə görə elə həmin adla bir işə başladıqda, onlar həm dilinizə gətirdiyiniz, həm də düşüncənizdən keçirdiyinizdən başqa bir məqsəd daşımayacaqdır. Yalnız pul qazanmaq üçün işə başlayan şəxsin məqsədi, aydındır ki, puldan başqa, bir şey deyildir. Amma Allahın adı və zikri ilə başlanılan işdə məqsəd də ilahidir, ilahi əmrə əsaslanır. Bizə buyurulur ki, hətta heyvanı kəsdikdə belə, Allahın adını çəkin; yəni sizin qidanızla bağlı ilk zəruri ehtiyacınız onun Allaha xatir olmasıdır. Qarnını da Allaha xatir doldurmalısan və nəticə etibarilə, əsas məqsəd qarnı doldurmaq yox, Allah olmalıdır. Birdən haçansa yalnız qarnı doldurmaq məqsədi güddünsə, (bil ki,) Allahdan uzaqlaşacaqsan, odur ki, o məqsəddən yayınmağa çalışmalı, artıq qarnını doldurmaqdan vaz keçməli, onu ac saxlamalısan; qoy acından ölsün və səndən ilahi məqsəddən başqa, bir məqsəd baş verməsin. Nə üçün? Çünki qarnı doldurmaq bir ehtiyac olsa da sənin həyatında əsas məsələ deyil, sənin həyatında əsas məsələ Allah və ilahi məqsəddir. Bu, bizə öyrədir ki, qoyunu kəsərkən və yemək yeyərkən “Bismillah” deməliyik.

Hətta yemək yeyərkən, ailə qurarkən, evə girərkən, evdən çıxarkən, evdə olarkən, alış-veriş edərkən, bir sözlə, hər bir işi “Bismillah” ilə başlamalısan. Bu, nə deməkdir? Bu, o deməkdir ki, həyatında hər bir ehtiyacını, hətta ilkin ehtiyaclarını təmin etməkdə bütün məqsədlərin ilahi əmrə əsaslanmalı, Allah yolunda olmalıdır.

إِنَّ صَلاَتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلّهِ رَبِّ الْعَالَمِينَ

Həqiqətən, mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür![18]

Bunu İbrahim peyğəmbər deyir: Bütün işlərim aləmlərin Rəbbi və idarəçisi olan Allah üçündür.

لاَ شَرِيكَ لَهُ

Onun (aləmlərinin Rəbbinin) heç bir şəriki yoxdur.

Mənim həyatımın heç bir sahəsində – yeməyimdə də, namazımda da, rəftar və hərəkətlərimdə də, zəhmət və təlaşlarımda da mən Allaha əsla şərik qoşmaram. Mənim varlığım tamamilə Allahın ixtiyarında, Onun qüdrət və hökmünün əhatə dairəsindədir. Heyvanı da kəsdiyiniz zaman belə düşünün. Amma qüreyşli kafir bir cür, qeyri-qüreyşli kafir başqa cür düşünür; heyvanı kəsərkən, yemək yeyərkən, yaşayarkən və dükanını açarkən Allahın adı və zikri ilə deyil, Ondan qeyrisinin adı ilə başlayır.

Heyvanı və onu kəsərkən çəkdiyiniz Allahın adını simvolik rəmz hesab edin; onun özünün fiqhi (şəri) bir hökm və mütləq Allahın adının çəkilməli olmasına baxmayaraq, siz bunu insanın əsas ehtiyaclarından ibarət simvilok rəmz daşıdığını təsəvvür edin. Heyvan mütləq Allahın adı ilə kəsilməlidir. Bu nə deməkdir? O deməkdir ki, ən mühüm və ən ilkin ehtiyaclarınızın təmini də Allaha xatir olmalı və onu Allaha xatir istəməlisiniz. Aclığınızı aradan qaldırmaq üçün yediyiniz çörək tikəsi də ilahi məqsəd daşımalı, aclığınızı Allaha xatir aradan qaldırmalı və Ona xatir güc toplamalısınız. Aydındır ki, Allaha xatir toplanılan güc elə Allah yolunda da sərf olunacaqdır. Bu, məntiqi nəticədir; iki vur iki dördə bərabərdir. Görün, məsələ nə qədər dəqiqdir!

فَكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ إِن كُنتُمْ بِآيَاتِهِ مُؤْمِنِينَ

Əgər siz Allahın ayələrinə iman gətirmişsinizsə, üstündə Onun adı çəkilən şeyləri yeyin![19]

وَمَا لَكُمْ أَلاَّ تَأْكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ

Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş şeydən (heyvanın ətindən) yemirsiniz?

وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلاَّ مَا اضْطُرِرْتُمْ إِلَيْهِ

Halbuki, O, (Allah) sizə haram etdiklərini – zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla, bütün təfsilatı ilə bəyan etmişdir?!

وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَائِهِم بِغَيْرِ عِلْمٍ

Şübhəsiz ki, çoxları bilmədikləri və düşünmədiklərindən nəfslərinin istəklərinə uyaraq (insanları) azdırırlar.Onlar yalnız nəfsi istəklərindən insanları yanlış yola çəkib zəlalətə salırlar.

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَ

Həqiqətən, Rəbbin həddi aşanları, təcavüzkarları daha yaxşı tanıyandır!

Bu ayəyə əsasən, insanları elm və biliksiz azğınlığa çəkənlər təcavüzkar, həddi aşan və düşmənçilik edənlərdir.

وَذَرُواْ ظَاهِرَ الإِثْمِ وَبَاطِنَهُ

Günahın aşkarından da, gizlisindən də əl çəkin!

Bir sıra işlərin eybi və acı sonluğu aşkardır; insan öldürmək, aydındır ki, pis işdir, onun günahı aşkardır. Bir sıra işlərin günah olması isə aşkar deyil. İnsan bir çox işlərin günahının böyüklüyündən xəbərsizdir; o, elmsiz danışmaq, elmsiz insanlara uymaq, Allahın adı və zikrini yüngül və kiçik sanmaq, Allahdan qeyrisinə itaət etmək, Allahdan qeyrisinin əmrinə təslim olmaq və bu kimi işlərin bu qədər zərərli və mənfi təsirlərə sahib olduğunu təsəvvür etmir. Bu günahlar gizli günahlar sayılır. İnsan isə hər ikisindən – həm aşkar, həm də gizli günahlardən əl çəkməlidir. وَذَرُواْ ظَاهِرَ الإِثْمِ وَبَاطِنَهُGünahı həm aşkar, həm də gizli olan şeylərdən əl çəkin!

إِنَّ الَّذِينَ يَكْسِبُونَ الإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُواْ يَقْتَرِفُونَ

Günah qazanan kəslər qurşandıqları əməllərə görə cəzalandırılacaqlar!Günahı özləri üçün qazanc və nailiyyət hesab edənlər yerinə yetirdikləri əməllərə görə cəzalanacaqlar.

وَلاَ تَأْكُلُواْ مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ

“Üstündə Allahın adı çəkilməmiş şeylərdən yeməyin. Bu, şübhəsiz ki, günahdır”, dindən çıxmaq deməkdir. Bu ayədə Allahın adı və zikrinin əhəmiyyəti vurğulanır.

وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَآئِهِمْ لِيُجَادِلُوكُمْ

“Həqiqətən, şeytanlar öz dostlarına (və həmkarlarına) sizinlə mücadilə etmək üçün ilham edirlər.

Bizim burada istinad edəcəyimiz əsas məqam budur. Əlbəttə, oxuduğumuz ayələrin başlanğıcından inidiyə qədər hissə-hissə qeyd edilən incəliklər bizə faydalı oldu. Odur ki, ayələr üzərində düşündükcə, həqiqət daha da aydınlaşır. Amma bizim istinad edəcəyimiz əsas incəlik ayənin son hissəsidir:

وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَآئِهِمْ لِيُجَادِلُوكُمْ – Şeytanlar və şər qüvvələr öz dostlarına, sevdiklərinə və cəbhə yoldaşlarına sizinlə mücadilə və mübahisə etmək üçün ilham edir, onların beyinlərini doldurur və yeyirlər. Elə isə şeytanın dostları müqabilində sizin vəzifəniz nədir?:

وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ

“Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.

Demək, şeytan və şər qüvvələr Rəhman Allahın müqabilində durur. Şeytanın dostları dedikdə, onun muzdurları, əlaltıları, nökərləri və cəbhə yoldaşları nəzərdə tutulur. Onlara itaət, şübhəsiz ki, sizin müşrik olmağınıza səbəb olacaqdır.

Bu da bir bölmədir; “Şüəra” surəsinin ikinci hissəsini təşkil edir və geniş izah etmək üçün vaxtımız olmadığından, ayələrin yalnız tərcüməsi ilə kifayətlənirik.

İlahi maariflə zənginləşən Quran və hədislərdə insanlar üçün Qiyamətlə bağlı maraqlı və diqqəti cəlb edən təsvir və səhnələr yaradılmışdır. Dinləyiciyə hansısa bir mətləbi düzgün təsvir etmək, varlığının dərinliyinə yeritmək istədikdə, Qiyamət mənzərələrindən birini canlandırır. Həmin mənzərələrdən biri də budur:

وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ

“Cənnət təqvalılar üçün yaxınlaşdırıldı.[20]

Qiyamət günündən danışılır, lakin keçmiş zaman feil formasında işlədilir. Ərəb dilində gerçəkləşməsi qaçılmaz olan indiki zaman feil forması keçmiş zaman feil formasında bəyan edilir.

اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ

“Qiyamət yaxınlaşdı və ay parçalandı.[21]

Bunun mənası odur ki, Qiyamət gələcək...

وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ

“Cənnət təqvalılar üçün yaxınlaşdırıldı.

وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ

“Cəhənnəm də azğınlara və aldanmışlara göstərildi.“Ğivayət” – “azğınlıq” mənasını daşıyır. “Əğvəynahum”, yəni biz onları aldatdıq. Ayədə qeyd olunan “ğavin” sözü “azğınlar” və “aldanmışlar” mənasını ifadə edir.

وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ مِن دُونِ اللَّهِ

“Onlara – aldanmış azğın kəslərə belə deyilər: “Allahdan qeyrisinə ibadət etdikləriniz haradadır?

Həyatınızda bel bağladıqlarınız və ibadət etdikləriniz haradadır? Bu ayədə “ibadət etdikləriniz” mənasını daşıyan “tə`budunə” ifadəsinə diqqət yetirin. İndi isə ibadətin mənasının aydınlaşması üçün, görək, onların ibadət etdikləri məbudlar kimlər və nələr idi?

هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ

“Onlar (sizin məbudlarınız) sizə kömək edə bilərlərmi? Yaxud özlərinə hardansa bir kömək çatarmı?”

Bu ayədən məlum olur ki, həmin məbudlar köməyə ehtiyacı olanlar imiş, demək, onlar daş, ağac və cansız bütlər yox, insan imişlər.

فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ

Elə isə həm onlar (məbudlar), həm də aldanmış azğınlar (günah ardınca gedənlər) üzüstə Cəhənnəmə atılarlar!

وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ

“İblisin bütün ordusu da.

İblis üçün iş görən, ona xidmət edən və Allah bəndələrinin azğınlığı yolunda addım atan hər kəsin yeri Cəhənnəmdir, vədə yeri oradır!

قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ

“Onlar o zaman dava-dalaş edib bir-birinin canına düşəcəklər.”Onlar günahı fəsad rəhbərlərinin, fəsad rəhbərləri isə onların üstünə atacaqlar. Onlar deyəcəklər ki, siz namərd insanlar idiniz, kəndiri boynumuza taxıb zorla öz ardınızca çəkib apardınız. Bunlar da deyəcəklər ki, bizim ardımızca düşən siz idiniz. Onlar bir-birilə çənə-boğaz olacaq, bir-birinin əlieyhinə qalxacaq və “deyəcəklər:

تَاللَّهِ إِن كُنَّا لَفِي ضَلَالٍ مُّبِينٍ

“Allaha and olsun ki, biz açıq-aydın azğınlıqda idik!Həqiqətən də, biz böyük azğınlıqda, aşkar zəlalətdə idik; aşkar olmasına rəğmən, azğınlıqda olmağımızı anlamadıq. Bir halda ki, azacıq özümüzə gəlsəydik, yanıldığımızı, pis və təhlükəli yolda olduğumuzu, acı və öldürücü aqibətə düçar olacağımızı anlayardıq. Azca təfəkkür bizə həqiqəti nişan verəcəkdi, heyif ki, azğınlıqda qaldıq!

تَاللَّهِ إِن كُنَّا لَفِي ضَلَالٍ مُّبِينٍ

“Allaha and olsun ki, biz aşkar azğınlıqda idik!Bizim hansı işimiz azğınlıq sayılırdı? Bu işimiz:

إِذْ نُسَوِّيكُم بِرَبِّ الْعَالَمِينَ

“Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq.Allahdan qorxmaqdansa, sizdən qorxduq, Onun əmrinə boyun əyməkdənsə, sizin əmrlərinizə boyun əydik, Allaha doğru və Ona yaxınlaşmaq üçün təlaş etmək əvəzinə sizə yaxınlaşmaq üçün çalışdıq. إِذْ نُسَوِّيكُم بِرَبِّ الْعَالَمِينَ“Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tutduq.

وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَ

“Bizi günahkarlardan başqası azdırmadı.

فَمَا لَنَا مِن شَافِعِينَ وَلَا صَدِيقٍ حَمِيمٍ

“İndi nə şəfaət edən kimsələrimiz var, nə də bir ürəkyandıran dostumuz!

فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ

“Kaş, bir daha (dünyaya) dönə biləydik; möminlərdən olardıq.

إِنَّ فِي ذَلِكَ لَآيَةً

“Həqiqətən, bu əhvalatda bir nişanə vardır.Ondan ibrət alın.

 وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

“Halbuki, onların çoxu mömin deyillər.

Baxın, bu ayələrdə insanların ibadət etdiyi şəxslərdən söz açılır. Onların batininə vardıqda, ibadətlərinin bu mənada olduğunu görürük: Arxasınca düşdükləri şəxsləri Allahla bərabər tutmuşlar, Allahdan diləmək əvəzinə, onlardan diləmişlər, Allaha xatir əl çəkməli olacaqları işdə də onları nəzərə alıb yerinə yetirmişlər.

 

Xülasə

Bazar günü – Ramazan ayının 12-ci günü

TÖVHİD RUHU – ALLAHDAN QEYRİSİNƏ İBADƏT QADAĞANDIR!

Tövhid və şirklə bağlı ayərələr üzərində düşündükdə, tövhidin, eləcə də fərdi həyat və ictimai quruluşda tövhid əqidəsi ilə yaşamağın dairəsi aydınlaşır.

Quran tövhid əhli olmaq üçün Allahdan qeyrisinə ibadət etməməyi yetərli hesab etmir, onun üçün başqa bir şərt irəli sürür ki, o da Allahın rəqibləri və müxaliflərinə itaət etməməkdir. Bu məsələ Quran leksikologiyasında o qədər aydındır ki, bəzi hallarda itaətə (kiminsə ardınca düşüb ona tabe olmağa) “ibadət” adı verilmiş, Allahdan qeyrisinə itaət edənlər “müşrik” adlandırılmışlar. Beləliklə, tövhid ruhu və həqiqətini daşıyan “Allaha ibadət”i “bəndəçilik və itaətin Allaha xas olması” ifadəsi ilə qeyd etmək və Allahdan qeyrisinə ibadət və itaəti “şirk” adlandırmaq olar; istər həmin itaət şəxsi əmrlərdə olsun, istərsə də ümumi qanunlar və ictimai strukturun formalaşmasında. Bir çox ayələrdə tövhid etiraz intonasiyası ilə də nəzərə çarpdırılır. O cümlədən:

أَفَغَيْرَ اللّهِ أَبْتَغِي حَكَمًاMən Ondan başqasınımı özümə hakim istəməliyəm?!

وَهُوَ الَّذِي أَنَزَلَ إِلَيْكُمُ الْكِتَابَ مُفَصَّلاً“Bir halda ki, Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə (qarışdırmadan izah edərək) nazil etmişdir.

وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْلَمُونَ أَنَّهُ مُنَزَّلٌ مِّن رَّبِّكَ بِالْحَقِّKitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər.

فَلاَ تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَSən şəkk-şübhəyə düşənlərdən olma!

وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًا وَعَدْلاًRəbbinin sözü düzgün və möhkəm şəkildə tamam oldu.

لاَّ مُبَدِّلِ لِكَلِمَاتِهِOnun sözlərini (əmrlərini) dəyişdirə biləcək bir kimsə yoxdur.

وَهُوَ السَّمِيعُ الْعَلِيمُO, eşidən və biləndir!

وَإِن تُطِعْ أَكْثَرَ مَن فِي الأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ اللّهِƏgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar.

إِن يَتَّبِعُونَ إِلاَّ الظَّنّ وَإِنْ هُمْ إِلاَّ يَخْرُصُونَ َOnlar yalnız zənnə uyar və yalnız zənn əsasında hökm yürüdərlər!

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَŞübhəsiz ki, yolundan azanların halını ən yaxşı bilən sənin Rəbbindir. Hidayət olanları da ən yaxşı bilən Odur!

فَكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ إِن كُنتُمْ بِآيَاتِهِ مُؤْمِنِينَƏgər siz Allahın ayələrinə iman gətirmişsinizsə, üstündə Onun adı çəkilən şeyləri yeyin!

وَمَا لَكُمْ أَلاَّ تَأْكُلُواْ مِمَّا ذُكِرَ اسْمُ اللّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلاَّ مَا اضْطُرِرْتُمْ إِلَيْهِSizə nə olub ki, üstündə Allahın adı çəkilmiş şeydən (heyvanın ətindən) yemirsiniz? Halbuki, O, sizə haram etdiklərini – zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla, bütün təfsilatı ilə bəyan etmişdir?!

وَإِنَّ كَثِيرًا لَّيُضِلُّونَ بِأَهْوَائِهِم بِغَيْرِ عِلْمٍŞübhəsiz ki, çoxları bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (insanları) azdırırlar.

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِالْمُعْتَدِينَHəqiqətən, Rəbbin həddi aşanları daha yaxşı tanıyandır!

وَذَرُواْ ظَاهِرَ الإِثْمِ وَبَاطِنَهُGünahın aşkarından da, gizlisindən də (mənfi təsirləri aşkar və gizli olan günahdan) əl çəkin!

إِنَّ الَّذِينَ يَكْسِبُونَ الإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُواْ يَقْتَرِفُونَGünah qazanan kəslər qurşandıqları əməllərə görə cəzalandırılacaqlar!

وَلاَ تَأْكُلُواْ مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌÜstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır.

وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَآئِهِمْ لِيُجَادِلُوكُمْHəqiqətən, şeytanlar öz dostlarına (və həmkarlarına) sizinlə mücadilə etmək üçün təlqin edirlər.

وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَƏgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.

(“Ənam” surəsi, ayə 114-121.)

وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَCənnət təqvalılar üçün yaxınlaşdırıldı.

وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَCəhənnəm də azğınlara (və aldanmışlara) göstərildi.

وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ مِن دُونِ اللَّهِVə onlara belə deyildi: “Allahdan qeyrisinə ibadət etdikləriniz haradadır?

هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَOnlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə hardansa bir kömək çatarmı?”

فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَElə isə həm onlar (məbudlar), həm də (aldanmış) azğınlar Cəhənnəmə atılarlar!

وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَİblisin bütün ordusu da.

قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَOnlar (aldanmış azğınlar) Cəhənnnəmdə dava-dalaş edib deyərlər:

تَاللَّهِ إِن كُنَّا لَفِي ضَلَالٍ مُّبِينٍAllaha and olsun ki, biz  açıq-aydın azğınlıqda idik!

إِذْ نُسَوِّيكُم بِرَبِّ الْعَالَمِينَÇünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq.

وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَBizi günahkarlardan başqası azdırmadı.

فَمَا لَنَا مِن شَافِعِينَİndi nə şəfaət edən kimsələrimiz var,

وَلَا صَدِيقٍ حَمِيمٍnə də bir mehriban (və xeyirxah) dostumuz!

فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَKaş, bir daha (dünyaya) dönə biləydik; möminlərdən olardıq.

إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَHəqiqətən, bu əhvalatda bir nişanə vardır. Halbuki, onların çoxu mömin deyillər.

(“Şüəra” surəsi, ayə 90-103.)



[1]. “Ənam” surəsi, ayə 114-116.

[2]. Məclisin sonundakı xülasəyə müraciət edə bilərsiniz.

[3]. “Ənam” surəsi, ayə 121.

[4]. Ədiyy ibn Hatəm Tayi atası Hatəm Tayi öldükdən sonra, öz qəbiləsinin başçısı seçildi. O, 9-cu hicri-qəməri ilində Peyğəmbəri-Əkrəmin (s) rəftar və əxlaqından təsirlənib müsəlman oldu. Əmirəlmöminin Əlinin (ə) dostlarından biri olan Ədiyy ibn Hatəm Tayi “Cəməl”, “Siffeyn” və “Nəhrəvan” döyüşlərində iştirak etdi, “Siffeyn” döyüşündə üç oğlunu İslama fəda etdi və özü də 67-ci hicri-qəməri ilində dünyadan köçdü.

[5]. “Tövbə” surəsi, ayə 31.

[6]. “Nurus-səqəleyn” rəvayətlərə istinad edən təfsir kitabıdır. Müəllifi Şeyx Əbdəli ibn Cümətül-Ərusi Huveyzidir və hicri-qəməri 11-ci əsrin alimlərindəndir.

[7]. “Tuhəful-uqul ”, səh.479.

[8]. “Əraf” surəsi, ayə 157.

[9]. “Nəhcül-bəlağə”, Sübhi Saleh, xütbə 176.

[10]. “Kafi”, c.2, səh.598, hədis 2.

[11]. “Əraf” surəsi, ayə 54.

[12]. “Ənam” surəsi, ayə 114.

[13]. “Bəqərə” surəsi, ayə 156.

[14]. “Ənam” surəsi, ayə 115.

[15]. “Ənam” surəsi, ayə 116.

[16]. “Ənam” surəsi, ayə 117.

[17]. “Ənam” surəsi, ayə 118.

[18]. “Ənam” surəsi, ayə 162.

[19]. “Ənam” surəsi, ayə 118.

[20]. “Şüəra” surəsi, ayə 90-103.

[21]. “Qəmər” surəsi, ayə 1.