Quran dinlə - Mərhəmətli və mehriban Peyğəmbər

`Tövbə` surəsi, 128-129-cu ayələr

128. Həqiqətən, sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.
129. Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir».