QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “ƏHQAF“ SURƏSİ

“Həvamim“ surələrinin (Ha-mimlə başlayan surələrin) yeddincisi olan “Əhqaf“ surəsi Məkkədə nazil olmuş və 35 ayədən ibarətdir.

Bu surə, nazil oluduğu zaman və məkan şəraitinə uyğun olaraq şirklə mübarizəyə, tövhid, məad və İslamın təməl prinsiplərinə dəvət mehvərində söz açır və aşağıdakı hədəfləri izləyir:

1. Qurani-Kərimin əzəmətinin bəyanı;

2. Hər növ şirk və bütpərəstliklə qəti mübarizə;

3. Məad məsələsi və ilahi ədalət məhkəməsinin insanlara çatdırılması;

4. Müşriklərə və günahkarlara xəbərdarlıq məqsədilə Əhqaf məntəqəsində yaşayan Ad qövmünün sərgüzəştinin bir guşəsinə işarə (surənin adı da bununla əlaqədardır);

5. İslam Peyğəmbərinin (s) dəvətinin ümumi xarakter daşıması, cahanşümul olması və hətta insanlardan qeyrilərinə – cin tayfasına belə şamil olması;

6. Möminlərin təşviq edilməsi, kafirlərin qorxudulması və insanın qorxu ilə ümid arasında olması;

7. İslam Peyğəmbərinin (s) səbir və müqavimətə dəvət olunması. (“Təfsiri-nümunə“, 21-ci cild, səh.295).

Qeyd etmək lazımdır ki, “Әhqаf“ Аd qövmünün yаşаdığı yеrin аdıdır. Bu diyаr Yəmən ərazisində yеrlәşsə də, bu gün оndаn hеç bir әsәr-әlаmәt qаlmаmışdır. Həzrət Hud (ə) hәmin qövmün pеyğәmbәri оlmuşdur.

Sözügedən surənin 21-26-cı аyәlәrinә Аd qövmünün әhvаlаtı qeyd olunmaqla, аzğın, tәkәbbür әhlinin аqibәti аçıqlаnır. Bu qövm güc vә tәrәqqi bахımındаn yüksәk pillәdә dururdu. Оnlаrın şәhәri İrәm çох nümunәvi, inkişаf еtmiş bir şәhәr idi. Оnlаr hәrtәrәfli tәrәqqi еtmişdilәr. Аmmа öz pеyğәmbәrlәri Hudun (ə) dәvәtinә qаrşı çıхaraq mәhvə məhkum оldulаr. Həmin ayәlәrdə belə buyurulur:

وَاذْكُرْ أَخَا عَادٍ إِذْ أَنذَرَ قَوْمَهُ بِالْأَحْقَافِ وَقَدْ خَلَتْ النُّذُرُ مِن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ. قَالُوا أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ آلِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ. قَالَ إِنَّمَا الْعِلْمُ عِندَ اللَّهِ وَأُبَلِّغُكُم مَّا أُرْسِلْتُ بِهِ وَلَكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ. فَلَمَّا رَأَوْهُ عَارِضًا مُّسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا هَذَا عَارِضٌ مُّمْطِرُنَا بَلْ هُوَ مَا اسْتَعْجَلْتُم بِهِ رِيحٌ فِيهَا عَذَابٌ أَلِيمٌ. تُدَمِّرُ كُلَّ شَيْءٍ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا لَا يُرَى إِلَّا مَسَاكِنُهُمْ كَذَلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ. وَلَقَدْ مَكَّنَّاهُمْ فِيمَا إِن مَّكَّنَّاكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَأَبْصَارًا وَأَفْئِدَةً فَمَا أَغْنَى عَنْهُمْ سَمْعُهُمْ وَلَا أَبْصَارُهُمْ وَلَا أَفْئِدَتُهُم مِّن شَيْءٍ إِذْ كَانُوا يَجْحَدُونَ بِآيَاتِ اللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُوا بِهِ يَسْتَهْزِؤُون

«Ad qövmünün qardaşını (Hudu və onun əhvalatını) yada sal. Bir zaman, o, Əhqafda (Yəməndəki qumluqda) öz qövmünü qorxutdu. Əlbəttə, (həmin bölgədə) ondan əvvəl də, sonra da qorxudanlar (olub) keçmişdilər. (O dedi:) «Allahdan başqa heç kəsə ibadət etməyin. Çünki mən sizin üçün böyük günün əzabından qorxuram. Dedilər: «Bizi öz məbudlarımızdan döndərməyə gəlmisən? Belə isə əgər doğruçulardansansa, bizə vəd etdiyini (gözlənilməz və kütləvi əzabı) gətir! Dedi: «Elm yalnız Allahın yanındadır (həmin əzabın nə, necə və nə vaxt olacağını yalnız Allah bilir) və mən yalnız (çatdırılmasına) göndərildiyim şeyi çatdırıram (tovhidə dəvət edir və itaətsizlik göstərib həddini aşanları əzab nazil olmasından qorxuduram). Lakin sizi həmişə nadanlıq edən bir tayfa görürəm. Beləliklə, əzabı yayılmış bulud şəklində öz dərə və gölməçələrinə üz tutmuş görəndə dedilər: «Bu, bizim üçün yağış yağdıracaq bir buluddur». (Hud dedi:) «Xeyr, o sizin tələskənliklə istədiyinizdir, ağrılı əzabı olan bir küləkdir ki, Rəbbinin əmri ilə hər şeyi həlak və məhv edəcəkdir». Beləliklə, onlar elə (həlak) oldular ki, məskənlərindən başqa heç nə görünmürdü. Biz günahkarların tayfasını belə cəzalandırırıq. Həqiqətən, biz onlara (cismani qüvvə, mal-dövlət və övlad baxımından) sizə vermədiyimiz şeylərdə imkan və qüdrət vermişdik. Onlar üçün qulaq, göz və ürəklər yaratmışdıq. Lakin nə qulaqları, nə gözləri, nə də ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi. Çünki onlar daim Allahın ayələrini inkar edirdilər və (nəhayət,) istehza etdikləri şey onları hər tərəfdən bürüdü».

ƏHQAF” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

وَمَن قَرَأَ سورَةَ الاَحقافِ اُعطِىَ مِنَ الاَجرِ بِعَدَدِ کُلِّ رَمل فِى الدُّنیا عَشرُ حَسَنات وَمُحِىَ عَنهُ عَشرُ سَیِّئات وَرُفِعَ لَهُ عَشرُ دَرَجات

““Əhqaf“ surəsini oxuyan şəxsə bu dünyadakı hər bir qumun müqabilində on savab verilər, onun on günahı məhv edilər və məqamı on dəfə artırılar“. (“Məcməul-bəyan“, “Əhqaf“ surəsinin təfsirinin başlanğıcı).

“Hiqf“ sözündən götürülmüş “əhqaf“ sözü küləklər nəticəsində üst-üstə yığılmış qumluqlar mənasını daşıyır. Ad qövmünün yaşadığı ərazi qumsal təpə olduğundan “Əhqaf“ adlanırdı. Bu hədisin təbiri də bu mənaya işarədir.

2. İmam Sadiq (ə) buyurmuşdur:

مَن قَرَأَ کُلَّ لَیلَة أو کُلَّ جُمُعَة سورَةَ الاَحقافِ لَم یُصِبهُ اللّهُ بِرَوعَة فِى الدُّنیا وَآمَنَهُ مِن یَومِ القِیامَةِ

“Hər kim “Əhqaf“ surəsini hər gecə və yaxud hər cümə günü oxusa, Allah-Taala dünya qorxusunu onun üzərindən götürər və onu Qiyamət gününün vəhşətindən amanda saxlayar“. (“Məcməul-bəyan“, “Əhqaf“ surəsinin təfsirinin başlanğıcı; “Təfsiri-nümunə“, 21-ci cild, səh.296-297).

Aydındır ki, bu qədər savab və məqam yalnız Qurani-Kərimin sözlərinin dildə dolanmasına deyil, qurucu və oyanış xarakterli tilavətə, insanı düşüncəyə, əmələ vadar edən, iman və təqvaya çəkən oxunuşa aiddir. Doğrudan da, əgər bir insan həqiqət və əməl sahibi olarsa, sözügedən surənin tilavəti də uyğun təsirə sahib olacaqdır.

Rza Şükürlü (Maide.az)