Quran surələri ilə qısa tanışlıq – 'Təğabun' surəsi

Surələr gülüstanı

«Təğabun» surəsi 18 ayədən ibarətdir və onun Mədinədə və ya Məkkədə nazil olduğu haqda təfsir alimləri arasında fikirayrılığı vardır. Onun Mədinədə nazil olduğu məşhur olsa da, bəziləri onun yalnız son üç ayəsinin Mədinədə, qalan ayələrinin isə Məkkədə nazil olduğunu qeyd etmişlər.

Əbuəbdillah Zəncani «Tarixul-Quran» kitabında İbn Nədimin «Fehrest» kitabından nəql edir ki, «Təğabun» surəsi Mədinədə nazil olmuş iyirmi üçüncü surədir. Qurani-Kərimin iyirmi səkkiz surəsinin Mədinədə nazil olduğunu nəzərə alsaq, deməliyik ki, bu surə Peyğəmbəri-Əkrəmə (s) nazil olmuş son surələrdəndir. («Tarixul-Quran», səh.54-61.)

Surənin möhtəvasına gəldikdə isə, onu bir neçə hissəyə bölmək olar:

1. Surənin başlanğıcında tövhiddən, Allahın sifət və feillərindən söz açılır.

2. Onun ardınca insanlara xəbərdarlıq edilir ki, Allah insanların aşkar və gizlində nə etdiklərini və qəlblərdə olanları bilir, buna görə də öz əməllərinə qarşı diqqətli olmalı və keçmiş qövmlərin taleyini, axır-aqibətini unutmamalıdırlar.

3. Üçüncü hissədə məaddan danışılır; belə ki, Qiyamət günü «Təğabun» adlandırılır. Qiyаmәt günü оnа görә «Tәğаbun» – (qarşılıqlı aldanma) günü аdlаndırılır ki, hәmin gün insanlar аldаdıldıqlаrını vә dünyаdа ziyаnа düşdüklәrini аnlаyаcаqlаr. «Tәğаbun» sözünün lüğәvi mәnаsı iki tərəfin аlış-vеrişdә bir-birini аldаtmаsıdır.

İmаnsız vә аzğın insаnlаr dünyа hәyаtındа bаşqаlаrını Аllаhdаn, mәаddаn, dindәn, «kitаb»dаn, pеyğәmbәrdәn uzаq оlmаğа çаğırırlаr. Оnlаr bir-birini dünyаpәrәstliyә, bоş işlәrә sövq еdir vә pеyğәmbәrlәrin ilаhi tәlimlәrini хürаfаt аdlаndırırlаr. Bu işә bәzilәri bаşçılıq еdir, nаdаn insаnlаrı özlərinə tаbе edib aldadır və ziyana sürükləyirlər. Nadan insanlar da öz hаy-küylәri ilә öndә gеdәnlәri dаhа dа hәvәslәndirirlәr. Nәticәdә, fәsаd bаşçılаrı dаhа böyük ziyаnа uğrаyırlаr. Bеlәcә, nаdаnlаr dа öz bаşçılаrını аldаtmış оlurlаr. «Təğabun» surәnin 9-cu аyәsindә belə buyurulur:

يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ الْجَمْعِ ذَلِكَ يَوْمُ التَّغَابُنِ وَمَن يُؤْمِن بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ

«Elə bir gündə (dirildiləcəksiniz) ki, sizi toplanma günü üçün cəm edəcəklər. Məhz o gün bir-birini (qarşılıqlı) ziyana uğratma günüdür (dünyada hüquqları zay etdiklərinə görə, bir-birinin mükafatlarını alarlar və ya əzabı bir-birlərinin üstünə atarlar və yaxud Cənnət dərəcələrini Cəhənnəmin təbəqələri ilə dəyişərlər). Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər və onu (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara əbədi olaraq daxil edər. Budur böyük səadət!»

«Təğabun» günü insаnlаrа оnа görә хаtırlаdılır ki, insаnlаr öz dünyа hәyаtlаrındа imаnsız insаnlаrа аldаnmаsınlаr. Аyәdәn bеlә görünür ki, imаn gәtirib sаlеh iş görәnlәrdәn sаvаyı, hаmı аldаnmışdır. İmаm Sаdiqdәn (ә) nәql оlunmuş bir rәvаyәtdә dеyilir ki, «tәğаbun günü» еlә bir gündür ki, Cənnət әhli Cәhәnnәm әhlini аldаnmış hаldа görәr. («Surələr gülüstanı», Ustad Məhəmmədhüseyn Cəfəri, «Tәğаbun» surəsi.)

4. Surənin başqa bir hissəsində nübuvvətin təməllərini möhkəmlətmək məqsədilə Allaha və Peyğəmbərə (s) itaət göstərişi verilir.

5. Surənin son hissəsində insanlar Allah yolunda infaqa (yardıma) təşviq edilir, onları dünya malı və oğul-uşağa aldanmaqdan çəkindirilir və surənin son ayəsi ilk ayədə olduğu kimi, Allahın adı və sifətləri ilə sona yetirilir.

«Təğabun» surəsini tilavət etməyin fəziləti

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ التَّغابُنِ دُفِعَ عَنهُ مَوتُ الفُجأَةِ

««Təğabun» surəsini oxuyan şəxsdən qəfil ölüm dəf olar.» («Məcməul-bəyan», c.10, səh.296.)

İmam Sadiq (ə) buyurmuşdur:

مَن قَرَأَ سورَةَ التَّغابُنِ فی فَریضَتِهِ کانَت شَفیعَةً لَهُ یَومَ القِیامَةِ وَشاهِدُ عَدل عِندَ مَن یُجیزُ شَهادَتَها ثُمَّ لا تُفارِقُهُ حَتّى یَدخُلَ الجَنَّةَ

«Hər kim «Təğabun» surəsini vacib namazında oxusa, Qiyamət günü («Təğabun» surəsi) ona şəfaətçi olar, onun şəfaət olunmasına icazə verənə (Allaha) ədalətli şahid olar və Cənnətə daxil olana qədər də ondan ayrılmaz.» («Məcməul-bəyan», c.10, səh. 296; «Təfsiri-nümunə», c.24, səh.144-145.)

Maide.az – Maarif bölümü