Tailandda güclü partlayış kimyəvi zavod məhv edib

Tailandın Samutprakan əyalətində yerləşən zavodda güclü partlayış baş verib.
 
Madie.Az xəbər verir ki, Trend-in məlumatəna görə, kimyəvi zavod penoplast istehsalı üzrə fəaliyyət göstərib.
 
Bildirilir ki, hadisə baş verən ərazidə 6 ambarda 50 tonn kimyəvi maddələr saxlanılıb. Partlayışdan sonra baş verən yanğın zavodu məhv edib. Hadisə nəticəsində 21 nəfər xəsarət alıb.
 
Yanğınla mübarizə üçün 30 yanğınsöndürən maşın cəlb edilib. 5 kilometr ətraf məsafədə yaşayan sakinlərə təkrar partlayışlardan ehtiyyatlanaraq təhliyyə göstərişi verilib.
 
Hadisənin səbəbi araşdırılır.