Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günlər

Maide.Az Rəbiül-əvvəl ayı üçün əlamətdar İslami günləri təqdim edir: 
 
8 oktyabr – 1 Rəbiül-əvvəl - “Leylətul-məbit hadisəsi” - İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrəti.
 
10 oktyabr – 3 Rəbiül-əvvəl - Kəbənin Müaviyə oğlu Yezid tərəfindən yandırılması.
 
12 oktyabr – 5 Rəbiül-əvvəl - İmam Hüseynin (ə) qızı xanım Səkinənin (s.ə) vəfatı.
 
15  oktyabr – 8 Rəbiül-əvvəl - İmam Həsən Əskərinin (ə) şəhadəti.
 
16 oktyabr – 9 Rəbiül-əvvəl - On ikinci imamımız həzrət Sahibəz-Zamanın (ə.c) imamətinin başlanğıc günü.
 
17 oktyabr - 10 Rəbiül-əvvəl – Peyğəmbəri Əkrəmin (s) xanım Xədicə ilə evliliyi.
 
19 oktyabr – 12 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (əhli-sünnə mənbələrinə əsasən) – Vəhdət həftəsinin başlanması.
 
24 oktyabr  – 17 Rəbiül-əvvəl - İslam Peyğəmbərinin (s) mövludu (şiə mənbələrinə əsasən).
 
24 oktyabr  – 17 Rəbiül-əvvəl - İmam Sadiqin (ə) mövludu.