İranda Sepah komandiri evinin qarşısında terror edilib

İranın cənub-şərqində yerləşən Xuzistan əyalətində  İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah)  "Bəsic" (könüllülər)  təşkilatının  Darxoin şəhəri üzrə komandiri  Əbdul Hüseyn Mücədemi terror edilib.

 
Maide.Az "Yjc"ə istinadla xəbər verir ki, niqablı terrorçular Ə.Mücədemi evinin qarşısında öldürüb.
 
Terrodan dərhal sonra cinayətkarların axtarışına başlanılıb.
 
Qeyd edək ki, hələlik terroru heç bir qruplaşma öz üzərinə götürməyib.