İran Aban ayının 1-dən (oktyabrın 23-dən) turistlər üçün sərhədərini açır.
Maide.Az İSNA-a istinadla xəbər verir ki,19 aylıq fasilədən sonra İran prezidenti Seyid İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında İrana səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərdən turistlərin gediş – gəlişi üçün lazimi infrastrukturun hazırlanmasına göstəriş verib.
Bunu İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami deyib.
O bildirb ki, artıq aidiyyatı qurumlara o cümlədən sərhəd buraxılış məntəqələrinə bununa bağlı göstəriş verilib.
Məlumatda qeyd olunur ki, sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd paspotu və PCR analizi təqdim etməli, eləcə də İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidilər.
Məlumata görə, oktyabr ayının 23-dən İranın Xuzestan əyalətində Şələmçə (İraq), İlam əyalətində Mehran (İraq), Qərbi Azərbaycan əyalətində Poldəşt (Naxçıvan MR) , Kirmanşah əyalətində Pərvizxan (İraq, Kürdistan), Qərbi Azərbaycan əyalətində Təmirçin (İraq) , Qərbi Azərbaycan əyalətində Bazərqan və Sərv (Türkiyə), Şərqi Azərbaycan əyalətində Culfa (Naxçıvan MR) , Ərdəbil əyalətində Biləsuvar (Azərbaycan Respublikası) , Gilan əyalətində Astara ( Azərbaycan), Xorasan Rəzəvi əyalətində Doğarun (Əfqanıstan) , Şərqi Azərbaycanın Nurduz (Ermənistan) və Sistan Və Bəluçistan əyalətində Mircavə (Pakistan) sərhələrində fəaliyyət bərpa olunacaq.
Quru sərhədlərindən ictimai və şəxsi avtomobillərlə də gediş -gəlişə icazə veriləcək.