İran prezident aparatının nümayəndəsi: “Azərbaycanla münasibətlər daha da inkişaf edəcək”

“Azərbaycan və İran arasında əlaqələr yaxın gələcəkdə daha da inkişaf etdiriləcək”. 
 
Bunu açıqlamasında İran prezidenti Həsən Ruhaninin ofis direktorunun siyasi məsələlər üzrə müavini  Həmid Abutalibi deyib. O bildirib ki, iki ölkənin əlaqələri hazırda yaxşı səviyyədədir: “Azərbaycan və İran arasında əlaqələr regionda misilsiz olmalıdır. Hazırda  iki ölkənin bir-birinə yaxınlaşması ilə bu, baş verməkdədir. İran və Azərbaycan bir-birinə çox yaxındır”.
 
H. Abutalibi qeyd edib ki, İran Azərbaycanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. O, tezliklə siyasi, iqtisadi, mədəniyyət və turizm sahələri üzrə münasibətlərdə pozitiv dəyişikliklər baş verəcəyini söyləyib. (apa) /