İran yeni raketlərin təqdimatını edib

İran Hərbi Hava Qüvvələri  3 yeni raketin təqdimatını edib. 
 
Maide.Az “İRİNN”-ə istinadla xəbər verir ki,  “Heydər” “Qəmər Bəni Haşim (ə)” və “Dehlaviyə” adı  adlı  "hava-yer" tipli 3 raketin təqdimatını edib. 
 
Raketlər müxtəlif növ uçuş aparatlarına quraşdırıla bilir. Raketlər 8 kilometrdən artıq  məsafədə hədəfi dəqiq vurub məhv etmə qabiliyyətinə malikdir. 
 
Raketlərdə hazırda test olunur və tezliklə raketlərin geniş istehsalına başlanılacaq.