İraqda İŞİD hücumu: 3 ölü, 5 yaralı

İŞİD terror təşkilatı İraqın Səlahəddin vilayətinin Tuzhurmatu bölgəsinin şimal-qərbində təşkil etdiyi hücumda 3 nəfərin öldüyü və 5 nəfərin yaralandığı bildirilir.
 
Maide.Az xəbər verir ki, Tuzhurmatu polis rəisi Hüseyin Əli "Anadolu"ya açıqlamasında bildirib ki, İŞİD üzvləri Tuzhurmatu rayonunun şimal-qərbindəki Hileve hərbi hava limanı yaxınlığında "Haşdi-Şabi"yə hücum təşkil edib.
 
İŞİD üzvlərinin istifadə etdikləri maşından "Haşdi-Şabi"yə aid idarəetmə məntəqəsinə atəş açdıqlarını deyən Əli, hücumda 3 nəfərin öldüyünü və 5 nəfərin yaralandığını bildirib. Hücumda ölən və yaralananların "Haşdi-Şabi" üzvləri olduğunu bildirən Əli, hadisədən dərhal sonra bölgədə əməliyyat başladıldığını söyləyib.
 
İŞİD İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini tamamilə, Diyala və Kərkük əyalətlərinin bəzi hissələrini 2014-cü ilin iyun ayında ələ keçirmişdi. Sözügedən əraziləri İŞİD terror təşkilatından "Haşdi-Şabi" briqadası geri alıb.