İraqdakı böhran və İŞİD-in yenidən baş qaldırması ehtimalı

İraqdakı İŞİD qruplaşmasının qalıqlarının aktivləşməsi ilə bu terror təşkilatının dirçəlmə ehtimalı artır. İraq, bölgədəki ABŞ-İsrail rejimi-səud rejimi qüvvələrinin dəstəyi ilə müxalif daxili ünsürlərin yaratdığı etibarsızlıq və zorakılıq vəziyyətindən əziyyət çəkir. İndiki İraqdakı əsas qorxulardan biri İraq hakimiyyəti tərəfindən 2017-ci ilin dekabrında məğlubiyyət və təhlükənin aradan qaldırıldığını elan etdiyi İŞİD qruplaşmasının yenidən canlanması ehtimalıdır.
 
 
 
Ümumiyyətlə qeyd etmək lazımdır ki, İŞİD-iin yaranması və möhkəmlənməsi İraqdakı siyasi qeyri-sabitlik və bir sıra sosial-iqtisadi şərtlərin nəticəsidir. 2014-cü ildən etibarən bu ölkə baş nazir postu uğrunda müxtəlif qrupların siyasi mübarizəsi ilə üzləşib, eyni zamanda, İraqda yoxsulluq, korrupsiya və siyasi hərcmərcliyin artmasına səbəb olan açıq və gizli ünsürlər var. O zaman ki, İŞİD terrorçu qrupu İraqa hücum etmişdi, İraq ərazisinin təxminən üçdə birini ələ keçirmiş və 4 il ərzində ən dəhşətli cinayətlər həyata keçirmişdi. İndi, 2019-cu ilin sonunda, İraq yalnız siyasi qeyri-sabitliklə deyil, həm də çoxsaylı böhranlarla mübarizə aparır. Əhalinin iqtisadi vəziyyətdən narazılığı təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya rəvac yaradıb. İraq hökumətinin qərarlarını həyata keçirmək qabiliyyəti zəifləyib və hazırda siyasi boşluq əmələ gəlib. İŞİD-in qalıqları isə, İraq və regional arenalarda yenidən qurulmağa çalışır və ABŞ, sionist rejim, Səudiyyə rejimi və BƏƏ-nin dəstəyindən faydalanır. Bununla əlaqədar olaraq, İraqdakı Ərəb Köçkünlər Şurasının baş katibi Sayim əl-Bayati, bu yaxınlarda baş verən iğtişaşlar zamanı ən azı 6000 İŞİD terrorçusunun Əl-Nasiriyadakı mərkəzi həbsxanadan qaçmasının ehtimalı haqda məlumat verib.
 
 
 
İraqda iki aylıq iğtişaşların və zorakılıq aktlarının yeni dalğasında əli olan İŞİD terror qruplaşmasının qalıqları, ötən bazar günü Diyala şəhərində, Əl-Həşduş Şəbidən, komandir olmaqla 6 nəfərin ölümünə səbəb olmuşdu. Eyni zamanda 20-ci briqada komandiri və 17 nəfər yaralanmışdı. Bu əməliyyat İraqdakı İŞİD qalıqlarının böhranın əsasını təşkil etdiyinə işarədir və digər tərəfdən terrorçular bəzi daxili ünsürlərin, o cümlədən keçmiş baasistlərin köməyi ilə iğtişaşlardan yararlanmaq və həmfikir insanların İraq həbsxanalarından qaçmasını təşkil etmələri ehtimal olunur. Bu vəziyyəti nəzərə alaraq, İraq Əl-Həşduş Şəbi təşkilatı 2 dekabrda İŞİD terrorçularının Neynəva, Səlahəddin, Əl-Anbər, Diyala, Kərkük əyalətlərində və Bağdad yaxınlığındakı bölgələrdə əməliyyatlara başladığını elan edərək, bu qrupun yenidən canlanması təhlükəsi barədə xəbərdar edib. /Deyerler.org