İraqın yeni baş naziri Mustafa əl-Kazimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.
Bu barədə Səudiyyə Ərəbistanın əl-Hədas telekanalına istinadla xəbər verir.
Telekanal bildirib ki, cari həftənin sonu İraqın baş naziri Mustafa əl-Kazimi ər-Riyada rəsmi səfərə yollanacaq.
Mənbə bu səfərin gündəmi və mövzusu haqda məlumat verməyib.
Bildirilib ki, əl-Kazimi İrana, Avropa və Amerikaya da səfər etməyi planlaşdırır.