İraq prezidentinin müşaviri prezidentin Trampla görüşünə etiraz olaraq istefa verdi

İraq prezidentinin müşaviri Əhməd Əliəsəri ölkə prezidenti Bəhram Salehin ABŞ prezidenti ilə görüşünə etiraz olaraq istefa verib.
 
Bu gün İraq prezidenti Bəhram Saleh Davos İqtisadi Forumunun haşiyəsində ABŞ prezidenti Donald Tramp ilə görüşüb. Prezidentin müşaviri Əliəsəri buna etiraz olaraq vəzifəsindən istefa verdiyini bəyan edib. /Deyerler.org