Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib

Dövlət İmtahan Mərkəzi müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı bir ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.
 
Maide.az xəbər verir ki, Mərkəzdən  bildirilib ki, rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.
 
Qeyd edək ki, 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 (onlardan 32 plan yeri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuşdur) yerdən ibarət olub.
 
Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatmışdır. Rezidenturaya qəbul olmuş namizədlərdən 14 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilmişdir (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
 
Aşağıda boş qalan plan yerləri təqdim olunur.
 
2021/2022-ci tәdris ili üçün rezidenturanin boş qalan yerlәrinə qəbul aparilan ixtisaslar:
 
Azərbaycan Tibb Universiteti
 
311269
 
Daxili xəstəliklər
 
1
 
311382
 
Fizioterapiya və tibbi bərpa
 
1
 
311658
 
Gigiyena
 
1
 
311666
 
Epidemiologiya
 
1
 
*311593
 
Sosial gigiyena və səhiyyənin təşkili
 
1
 
Ə.Əliyev adına Azərbaycan DövlətHəkimləri Təkmilləşdirmə İnstitutu
 
313326
 
Narkologiya
 
2
 
313423
 
Gigiyena
 
1
 
Naxçıvan Dövlət Universiteti
 
361116
 
Anesteziologiya- reanimatologiya
 
2
 
361124
 
Ümumi cərrahiyyə
 
2
 
361173
 
Psixiatriya
 
1
 
361246
 
Hematologiya
 
1
 
361287
 
Ftiziatriya
 
1
 
361368
 
Neonatologiya
 
1
 
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2021, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
 
Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 oktyabr 2021-ci il saat 11:00-dən 19 oktyabr 2021-ci il saat 14:00-dək https://eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.
 
QEYD 1. * - işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı №3, 2021, səh.6-7) müvafiq olaraq aparılır.
 
QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.