Rohinciya müsəlmanları yeni bir adaya köçürüləcək

Banqladeş hakimiyyəti Rohinciya müsəlmanlarını daim daşqına məruz qalan Bhasan Çar adasına köçürür.

Maide.Az xəbər verir ki, Reuters-in məlumaına görə,ada Benqal Körfəzində yerləşir.

Hökumət artıq bir neçə min qaçqının köçməyə razılıq verdiyini söyləyib.

Ümumilikdə 100 min Rohinciya müsəlmanı adaya köçürmək nəzərdə tutulub. İndi onlar Koks Bazar şəhərində yerləşirlər.

İnsan hüquqları müdafiəçiləri artıq Banqladeş hakimiyyətinin qərarından narahat olduqlarını bildiriblər.

Bhasan Çar adası dəfələrlə su altında qalıb. Həmçinin, ərazi uzaqdadır.