Rusiya bütün ölkələrlə aviaəlaqəni dayandırır

Rusiya hökuməti koronavirus epidemiyası ilə əlaqədar olaraq bütün ölkələrlə müntəzəm və çarter aviauçuşlarını dayandırır.
 
Trend-in məlumatına görə, bu barədə Rusiya Nazirlər Kabinetinin qərarında deyilir.
 
Qərara əsasən, yalnız xaricdə qalan Rusiya vətəndaşlarını gətirmək məqsədilə reyslər təşkil olunacaq.
 
Uçuş qadağası martın 27-dən qüvvəyə minir.
 
Qeyd edək ki, bu günə qədər 658 nəfər koronavirusa yoluxub, 3 nəfər həyatını itirib.