Rusiya Federasiyasının Tatarstan Respublikasının Menzelinsk şəhərində L-410 yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Maide.Az-n məlumatına görə, bu barədə "TASS"a təcili xidmətlərdəki mənbə xəbər verib.
Məlumata əsasən, təyyarə qəzasında 19 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Ümumilikdə təyyarədə 23 nəfər olub. Onlardan 21-i paraşütçü, 2-si isə ekipaj üzvüdür.