Rusiyada yanğın olub,4 uşaq ölüb

Rusiyada bir neçə nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi olub.

Hadisə İrkutsk vilayətinin Ziminsk rayonunda qeydə alınıb.
 
Rayonun meri Natalya Nikitina bildirib ki, yanğın zamanı 4 uşaq və onların atası ölüb. O, qeyd edib ki, hadisə zamanı həmçinin daha 2 nəfər xəsarət alıb.
 
Hadisənin başvermə səbəbi araşdırılır. Report /