Rusiya təyyarəsi ABŞ-a tibbi yardım yükləri aparıb

 

Şəxsi qoruyucu vasitələr və tibbi avadanlıqlar daşıyan Rusiya təyyarəsi Nyu-Yorka enib.
 
Maide.Az "Vesti"ə istinadla  xəbər verir ki, An-124 təyyarəsi Nyu-Yorkun Con Kennedi Hava limanının terminalındadır. Yükün daha tez boşaldılması üçün təyyarənin ön hissəsindəki baqajı açıblar.
 
"Ruslan" təyyarəsinin təkərlərinin enmə zolağına dəydi anda heyətin eşitdikləri ilk sözlər hava limanının dispeçerinin təşəkkür sözləri olub. ABŞ mediası onlardan sitat gətirib:
 
"Romeo Fokstrot 8460 ağır. Bizə göstərdiyiniz bütün kömək üçün sizə ürəkdən minnətdarlığımızı bildiririk dedi. Sizə uğurlu gün arzulayırıq."
 
Rusiyadan gələn təyyarəni Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski qarşılayıb.
 
Təyyarədən yükü boşaltmaq üçün yaxınlaşan ilk yük maşının sürücüsü Saem Şabir ilə Rusiya Müdafiə Nazirliyininnin əməkdşı arasında belə bir dialoq olub:
 
- Russan?
 
- Bəli.
 
- Vladimir Putinə salam deyin, ona çox minnətdar olduğumuzu söyləyin.