Rusiya Türk astronavtlarını kosmosa göndərməyə hazırdır

 
“Roskosmos” Korporasiyasının baş direktoru Dmitri Rogozin, Anadolu agentliyinə verdiyi müsahibədə Rusiya ilə Türkiyə arasında müdafiə və kosmik sahələrdə əməkdaşlığın perspektivlərini şərh etdi, ilk Türk kosmonavtlarını İSS-ə göndərməyə hazırladığını bildirib.
 
Maide.Az "AA"a istinadla xəbər verir ki, D.Raqozin deyib ki, Türkiyənin kosmik sahəyə marağına böyük hörmətimiz var. Ankara Rusiyanı strateji tərəfdaş olaraq təyin etsə, bundan məmnun olarıq.
 
“Roskosmosdan gələn təklif tamamilə ciddidir. Kosmonavt Təlim Mərkəzimizdə türk pilotları və digər mütəxəssisləri görmək istərdik və gələcək illərdə Beynəlxalq Kosmik Stansiyaya gedə bilməsi üçün həm əsas astronavtı, həm də onun ehtiyat dublyorunu tez hazırlamağa hazırıq.
 
Bu simvolik bir hərəkət deyil, Türkiyənin dünya kosmik gücləri klubunda bərabərhüquqlu iştirakçı olma imkanlarını açacaq çox ağır bir işdir. İnanıram ki, belə bir addım sağlam ambisiyalara və Türkiyənin milli maraqlarına tam uyğundur. Rusiya Türkiyə Respublikasından ekipaj hazırlamaq üçün öz imkanlarını məmnuniyyətlə təmin edəcəkdir. Və belə bir qərar verilsə sevinəcəyik.”
 
Dmitri Rogozin bildirib ki,  Türkiyə ilə çox həssas sahələrdə əməkdaşlığa başladıq. Bunu əvvəl təsəvvür etmək çətin idi. Rusiya ilə Türkiyə arasında əməkdaşlıq çox yüksək səviyyədədir. “Ən qabaqcıl texnologiyanı verməyimiz çox şey deyir. Türkiyə göstərilən təzyiqlərə dözərək özünü çox layiqli bir dövlət olduğunu sübut etdi. Türkiyə hər hansı bir təhdid və şantajdan asılı olmayaraq, maraqlarına cavab verən işləri etdi. Bu çox layiqli bir əməldir və bütün dünyada təqdir olunur.
Rusiya cəmiyyətində və beynəlxalq tərəfdaşlarım arasında hamı Türkiyəyə və Prezident Ərdoğana böyük hörmətlə yanaşmağa başladı.
Müqavilə imzalamaq vacib bir addımdır və davam etdirilə bilər.
Aviasiya sənayesində, məsələn, Rusiya, əlbəttə ki, hava məkanının təhlükəsizliyinin əsasını təşkil edəcək Türkiyə üçün ən qabaqcıl döyüş təyyarələrinin tədarükünü təmin etməyə hazırdır.
Əlbətdə kosmos həm də ölkənin təhlükəsizliyidir. Bu, yalnız mülki proqramlar deyil, həm də hər şeyi görmək və eşitmək, çox şey gözləmək imkanıdır. Türkiyə üçün bu, xüsusilə doğrudur, çünki ölkə təhdidlərin gəldiyi və təhlükəsizlik riskləri yarandığı çətin bir mühitdədir. Buna görə də, ətraflı araşdırma aparan və vəziyyətin inkişafının dəqiq proqnozlarını verməyə qadir olan kosmik gəmilərin orbital qruplarının inkişafında Rusiya ilə əməkdaşlıq türk həmkarlarımız üçün çox faydalı olardı. Bu sahədə danışıqlar aparmağa hazırıq.”
 
 
Terrorizmlə mübarizə Ankara üçün də Moskva üçün olduğu qədər vacibdir.
 
O bildirib ki, Türkiyə və Rusiya Suriyadakı vəziyyət üzərində fəal əməkdaşlıq edir və mövcud təhdidləri görürlər. 
“Texniki mütəxəssislərimiz hər hansı bir həlli təqdim etməyə hazırdır, əsas odur ki, siyasi iradə var.
Mənə elə gəlir ki, cənab Ərdoğan Moskvada olarkən bu iradəni hər kəsə - həm türk millətinə, həm Rusiya vətəndaşlarına, həm də Rusiya Federasiyasının rəhbərliyinə və bütün dünyaya nümayiş etdirdi. Türkiyə ilə dost olmaq Rusiya üçün çox vacibdir. Rusiyanın dost olması Türkiyə üçün də çox vacibdir.”