Səduiyyə rejiminin Yəmənə təcavüzü - YENİLƏNİR

Martın 25-dən 26-a keçən gecə qəflətən Səudiyyə Ərəbistanı və 9 körfəz ölkəsi Yəmənə qarşı hava hücumlarına başlayıb. İşğalçı körfəz koalisiyasına Səudiyyə, Qətər, BƏƏ, Küveyt, Bəhreyn və sair ölkələr daxil olub. Misirin də bu işğalçı koalisiyaya qoşulduğu deyilir. Bu təcavüz nəticəsində indiyədək onlarla insan şəhid olub və bir çox insan yaralanıb. 

Maide.az Yəməndə baş verən proseslərdən anbaan xəbərləri təqdim edir./

13.08 -  Yəməndə terrorçuların işğalı altında olan Abyan şəhəri azad edilib. Ordu qüvvələri və Xalq Mübarizə Komitələri hazırda sahil şəhəri olan Şukreyə doğru irəliləyirlər.

12.47 - Pakistanın Kəraçi şəhərində yüzminlərlə sakin Səud rejiminin Yəmənə hücumuna dəstək verən Pakistan hökumətinə etiraz ediblər.

12.15 - Pakistanın Əhli-sünnə Üləma Məclisi Səudiyyənin Yəmənə hücumlarını qınayaraq, Yəmən xalqının şanlı mübarizəsini dəstəklədiklərini açıqlayıblar.

10.46 - Husi qüvvələri paytaxt Sənanın şimalındakı Bəni Ziyad bölgəsində Səudiyyənin qırıcı təyyarəsini vurub.

28 mart 2015-ci il. Səudiyyə rejiminin Yəmənə təcavüzünün 3-cü günü 

 

17:43 -Bəhreyndə Səudiyyə Ərəbistanın Yəmənə təcavüzlərinə etiraz olaraq aksiya keçirilib.

16:44- Yəmən Ənsarullah hərəkatının sözüçsü Zeyfullah Şami: Yəmən xalqı, ordusu və qəbilələrinin Ali-Səud, Əl-Qaidə və onların yerli muzdurları ilə mübarizədə vahid cəbhədə yer alıb və Ərəbistanın Yəmənə olan təcavüzlərinə möhkəm cavab verəcəklər.

16:30 - Yəmən ordusu Ənsarullah qüvvələrinin əməkdaşlığı ilə Əbin vilayətinin Lovdər şəhərciyinə daxil olub və bu şəhərcikdə vəziyyəti nəzarətə götürməyə çalışır

15.01- Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığında Türkiyənin Yəmənə qarşı keçirilən əməliyyata verdiyi dəstəyə görə təşəkkür edib.

14.43 - Bəzi media orqanları Ənsarullah hərəkatının 3 komandirinin - Əbdülxaliq Əl-Husi, Yusif Əl-Mədəni və Yusif Əl-Ğeyşinin şəhid olduğunu yazırlar.

14.39 - Son məlumatlara görə, Səudiyyə ərəbistanının dünən Sənaya təşkil etdiyi bombardman nəticəsində eks prezident Əli Abdullah Salehin oğlu Xalid Əli Abdullah Saleh də ölüb.

14.35 - Yəmən payxatı Sənanın üzərində kəşdiyyat uçuşları həyata keçirən Ərəbistana məxsus pilotsuz təyyarə vurublar. 

14.12 - Səudiyyənin Yəmənə hücum edən təyyarələrindən daha biri vuruldu. " təyyarə isə qanadı zədələnmiş halda ərazidən uzaqlaşıb.

12.55 - Səudiyyənin təyyarələri Səda vilayətinin Ketaf bölgəsinə hücum edərək mülki vətəndaşların yaşadığı binaları hədəf alması nəticəsində 7 mülki vətəndaş ölüb, 12 nəfəri isə yaralanıb.

11.35 - Yəmən könüllüləri Abyen şəhərində Əl-Qaidə terrorçuları ilə qarşıdurmada çoxlu sayda terrçrunu öldürüb, 48 nəfəri isə əsir götürüb.
 
11:04- Bəhreyn rejimi Səudiyyə Ərəbistanın Yəmənə təcavüzün pisləyən siyasi şəxsləri həbs edib. Rejim xəbərdarlıq edib ki, Səudiyyə rejiminin Yəmənə hücumunu pisləyən və Bəhreyn siyasətlərinə zidd mövqe tutan şəxslərə qarşı ciddi tədbirlər görüləcək. 
 
10:59 - İraqın vitse-prezidenti Nuri Əl-Maliki BMT-dən istəyib ki, Yəmənə olan təcavüzün qarşısını almaq üçün hərəkətə keçsin. 
 
10:28 Hizbullah ABŞ və İsrail rejimin maraqlarına xidmət edən Yəmən hücumlarının dərhal dayandırılmasını tələb edir."Yəmənin müstəqilliyinə və suverenliyinə açıq-aşkar şəkildə hücum edilir. Bu hücum ABŞ və işğalçı İsrail rejiminin maraqlarına xidmət edir. Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə qarşı başladıqları işğalçı hücumları dərhal və qeyd-şərtsiz dayandırmalıdırlar",
 

09:24 - Ənsarullah Səudiyyə rejiminin Yəmənə təcavüzünə cavab olaraq Ərəbistan yarımadasının cənub-qərbinin qurtaraçağı ilə Afrika arasında yerləşən stratejik Babülməndəb boğazını bağlamağa hazırlaşır. Ənsarullah boğazdan keçmək istəyən gəmiləri quru-dəniz raketləri ilə hədəfə alacağını açıqlayıb. 

08:41 - Yəmənin paytaxtı Sənada güclü partlayışlar baş verir. Şahidlər bildirirlər ki, Sənadakı hərbi obyektlərə zərbələr endirilir. Paytaxtdakı qoşunlar cavab atəşi açıblar.

08:07 -  İran və ABŞ Yəməndə baş verən proseslər haqda danışıb. ABŞ Dövlət Departamentinin sözçüsü Cef Ratke deyib: ABŞ dövlət katibi Con Kerri cümə axşamı İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdə nüvə məsələsi ilə bağlı müzakirələrə daxil olmazdan öncə, ilk olaraq Yəmən müharibəsi barədə  danışıqlar aparıb.

07:33 - Yəmənin Ənsarullah Husilər Hərəkatının lideri Əbülməlik Əl-Husi: Bu gün Yəməndə baş verənlər Fələstində də baş verir. Fələstin xalqı necə İsrailə dərs veribsə, Yəmən xalqı da xainlərə o formada lazımi dərsi verəcək! Əgər bu hücum davam edərsə, qarşıda gələn günlərdə hansı yolu təyin edəcəyimizi açıqlayacağıq! 

07:15 - Ərəb ölkələrinin xarici işlər nazirləri ortaq ordunun yaradılmasına dair qətnamə layihəsini bəyəniblər.  XİN başçıları bir ay müddətində vahid ordu yaradılması üçün Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibinə müraciət ediblər. 

07:02 -  ABŞ prezidenti Barak Obama və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan martın 26-dan 27-ə keçən gecə Yaxın Şərq və Ukraynada baş verənləri müzakirə ediblər.
 
07:00- Səudiyyə Ərəbistanının Yəmən sərhədində 40 Səudiyyə ordusu əsgərinin Husilər tərəfindən əsir alındığı bildirilir.

 

27 mart 2015-ci il. Səudiyyə rejiminin Yəmənə təcavüzünün ikinci günü 
 
 
 
22:51 - ABŞ rəsmiləri: Rəsmi Vaşinqton Səudiyyə Ərəbistanını Yəmənə hücumlarda yanacaqdolduran təyyarələr və radarlarla təchiz edir.
 
21:27 - Yəmənin istefa verərək qaçan prezidenti Mənsur Hadi Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda. 

21:09 - Paksitan müdafiə naziri Xacə Asəf sabah Səudiyyə Ərəbistana səfər edəcək. Bu səfər üçün qərar Səudiyyə rejiminin Yəmənə təcavüzü dəstəkləmək üçün Pakistana müraciətindən sonra baş tutmuş təhlükəsizlik şurasının iclasından sonra verilib. 

20:54 - Sionist İsrail rejimin qırıcı təyyarələri Yəmənə təcavüz edən ölkələrə dəstək verib. Benyamin Netanyahu İsrail rejim təyyarələrinin Yəmən əleyhinə hücumlarda iştirakına bir başa göstəriş verib. 
 
20:48 - Axır ki, BMT-nin baş katibi Pan Gi-Munun dili açıldı. Pan Gi-Mun digər dövlətləri  Yəmənin daxili işinə müdaxilə etməməyə çağırıb. 
 
20:37- Yəmən xalq komitələri və Ənsarullah hərəkatı Ərəbistanın 35-dən çox sərhəd kəndinə daxil olub.

19:01 - Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvi Hizam Əsəd deyib ki, Səudiyyə Ərəbistan bundan öncə Yəmənə hücum edib və məğlub oldu, bu dəfədə məğlub olacaq. 

18:45 - Yəmənin Beyza, Marib və Əl-Cof əyalətlərinin qəbilələri Səudiyyə rejiminin təcavüzünü pisləyib və bu təcavüzkarlarla mübarizə aparmağa çağırıblar. 

18:40 - Avropa Birliyi: Yəmənə hərbi müdaxilə çıxış yolu deyil. AB region ölkələrindən istəyib ki, məsuliyyətli davransınlar.

17:47 - Səudiyyə Ərəbistanın şərqində yerləşən Qətif əyalətində şiələr Səudiyyə rejiminin Yəmənə təcavüzünə qarşı etiraz aksiyası keçirib. Ərəbistanlı şiələr Yəmən xalqı ilə həmrəyliklərini nümayiş etdirib. Səudiyyə rejiminin hücumları nəticəsində həlak olan Yəmənlilərlə baş sağlığı veriblər. 

17:23 -  Səudiyyə Ərəbistanının Yəmənə təcavüzündən  sonra Sudan hökuməti İranla diplomatik əlaqələrini dayandırdığını elan edib. 

17:10 - Ali Səud rejiminin Yəmənə təcavüzünə etiraz etmək və Husiləri dəstəkləmək məqsədi ilə Yəmən xalqı küçələrə axışaraq  "Amerikaya ölüm!" , " İsrailə ölüm!" şüarları səsləndirir. 

17:05 - ABŞ, Fransa, Britaniya və Türkiyə  Yəmənin işğalını dəstəkləyir; Rusiya, İraq, İran, Çin, Oman və Suriya isə Yəmənin işğalına son qoyulmasını tələb edir. 

16:55 -  Fələstin Xalq Qurtuluş Cəbhəsi Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənin paytaxtı Sənaya  təcavüzünə belə münasibət bildirib: "Yəmənə təcavüz, sionistlərin qətliam seriyasının başqa bir hissədir". 

16:40- Səudiyyə qırıcıları Yəmənin Ketaf şəhərində əl-Məlahiz və əl-Məzrəq bölgələrini bomablayıb. 

 
16:33 - Beynəlxalq İctimaiyyət Səudiyyə rejiminin Yəmənə təcavüzü qarşısında ikiyə bölünüb. 
 
16:30 - Pakistan Xarici İşlər Nazirliyi elan edib ki,  Səudiyyə Ərəbistan rəsmi İslamabadla təcili əlaqə saxlayıb və istəyib ki, bu ölkə tez bir zamanda Yəməndə Husilərlə mübarizə üçün Səud rejiminə dəstək məqsədi ilə ordu göndərsin. Pakistan bu istəyi araşdırır. 
 
16:25- Əl-Aləm: Yəmən xalq qüvvələri Səudiyyə Ərəbistanla sərhədə yaxın bölgədə bir neçə səudiyyəli əsgəri əsir götürüb. 
 
16:10-  Əl-Minar televiziyası: Yəmən xalq qüvvələri tərəfindən dəstəklənən Yəmən Silahlı Qüvvələri Ədən şəhərindəki mövqelərindən geri çəkilməyiblər.  
 
15:57- İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Yəməndəki ağır vəziyyət və dinc sakinlərin öldürülməsindən narahatlığını qeyd edib və beynəlxalq ictimaiyyəti, regionun sülhsevər ölkələrini Yəmənə qarşı hərbi əməliyyatların dayandırılması üçün çalışmağa çağırıb.
 
15:50 - Iranın Quru Qoşunlarının Komandanı: Yəmən xalqı və ordusu öz haqqlarını müdafiə etmək iqtidarındadır. 

15:45 - Sudan Müdafiə Nazirliyi: Rəsmi Xortum Yəməndəki hərbi əməliyyatlarda hava və quru qoşunlardan istifadə edəcək.   

15:33 - Səudiyyə rejimi təcavüzünə məruz qalan Ənsarullah Hərəkatı üzvləri bu gün Yəmənin cənubunda Babul-Məndəb boğazında Əl-Muxa limanını ələ keçirib. 

15:30 - Səudiyyə Ərəbistan Yəmənə təcavüzünə don geyindirməyə çalışır.Səudiyyə rejimi iddia edir ki, Husilər balistik raketlər əldə edib.  

15:26 - Misirin dörd hərbi gəmisi Süveyş Kanalı vasitəsi ilə Qırmızı dənizə doğru hərəkət edib.

15:11 - Yəmən Alimlər Birliyi xalqa çağırış edib, onları əllərinə silah alaraq təcavüzkarlara qarşı müqəddəs cihadda iştirak etməyə çağırıb. 

15:08 - Yəmənin müxtəlif mədəni fəalları, din xadimləri və siyasi şəxsləri Səudiyyə Ərəbistan və müttəfiqlərinin bu ölkəyə təcavüzünü pisləyiblər. 

14:58 - Səudiyyə rejimi və müttəfiqlərinin Yəmənə təcavüzü nəticəsində şəhid olanların sayı 65 nəfərə çatıb. 

14:55 - Türkiyə də Səudiyyə rejiminin Yəmənə təcavüzünü dəstəklədi. 

14:52 - Misir hava və dəniz qüvvələrinin Səudiyyə rejiminin Yəmənə təcavüzünü dəstəklədiyini elan etdi.

14:43 - Fransa və Britaniya da Səudiyyə rejiminin Yəmənə təcavüzünü dəstəklədi.

14:24 - Ərəb Bİrliyi Səudiyyə rejiminin Yəmənə təcavüzünü dəstəklədi. Ərəb Birliyinin  baş katibi Nəbi Əl Ərəbi Səudiyyə rejiminin Yəmənə hücumunu dəstəklədiyini açıqlayıb. Ərəb Birliyi Husilərə qarşı hücumu dəstəkləyir.

14:18- Ali Səud rejiminin Yəmənə təcavüzü nəticəsində 20 dinc sakin şəhid, 30 yəmənli isə yaralanıb. 

14:14- Rusiyada səfərdə olan İran XİN müavini Hüseyn Əmirabdullahian: Yəmənə aviahücumların təşkili bu ölkənin suverenliyi və müstəqilliyini pozmaq deməkdir.  

14:11 - Bəzi KİV-lər Səudiyyə rejiminin Yəmənə hücumunun Türkiyə tərəfindən də dəstəklədiyini bildirir. 

14:08-  Bəzi KİV-lər Mənsur Hadi tərəfdarlarının Husilərin ixtiyarında olan Ədən yaxınlığındakı əl-Ənd hava limanını bombaladığını bildirir. Məlumata əsasən, bombalamadan sonra Husilər hava limanını tərk edib və hava limanı Mənsur Hadi tərəfdarları tərəfindən işğal olunub. 

14:01- Məhəmməd Cavad Zərif: Yəmənə hərbi müdaxilələr regionda hərc-mərclik yaradacaq. M.C.Zərif region və Qərb ölkələrinə xəbərdarlıq edib. M.C.Zərif dar düşüncəliyə əsaslanan bu kimi hərəkətlərin əl-Qaidə və İŞİD kimi terrorçu qruplaşmaların dəyirmanına su tökmək olduğunu bildirib. 

13:59- Misir: Lazım gələrsə Yəmənə hava, dəniz və qurudan hücum edəcəyik. 

13:57- Səudiyyə rejimi: Yəməni xilas etmək istəyirik. 

13:55- Çin Səudiyyə rejimi və müttəfiqlərinin Yəmənə hücumuna görə narahatlığını bildirib. 

13:52- Səudiyyə Ərəbistan rejiminə məxsus hərbi təyyarələr bir daha Yəmənə hücum edib və bu ölkənin şimal bölgəsini bombalayıb. 

13:48 - Yəmən Təhsil Nazirliyi elan edib ki, Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində Səna şəhərində bütün məktəb və universitetlərdə dərslər dayandırılıb.

13:46 - Rusiya Federasiyası daima Yəmənin müstəqilliyini və süverenliyini dəstəkləyib, ərazi bütövlüyünü tanıyıb. Rusiya Yəməndə baş verən son hadisələrdən öz dərin narahatlığını ifadə edərək, tərəfləri xarici koalisiyanın silahla müdaxiləsinə son qoyaraq danışıqlar masasına oturmağa çağırır. 

13:44 - Ərəbistanın müdafiə naziri və bu ölkə kralının oğlu Məhəmməd Bin Salman Yəmənə təcavüzə şəxsən başçılıq edir.

13:42 - İran Yəmənə qarşı hərbi hücumların dayandırılmasını istədi.
 
13:40 - Yəmənin şimalında BƏƏ-yə məxsus təyyarə süqut edib. 

13:38 - Səudiyyə Ərəbistan ölkənin cənub bölgəsindəı 7 airaportun fəaliyyətinin dayandığını elan edib.

13:36 - Yəmən qarşıdurmalar gücləndiyi üçün bütün limanlarda fəaliyyətin dayandığını elan edib.