Səudiyyə təyyarələri yenidən Sanaa şəhərini bombaladı

Səudiyyə Ərəbistanı hərbi hava qüvvələri bu gün Yəmənin Sanaa şəhərini bombalayıb.

Bu barədə "Al-Masirah" telekanalı məlumat yayıb. Məlumata görə, Səudiyyə rejimi Sanaa şəhərinin Atan bölgəsinə aviazərbələr endirib.

Hücum nəticəsində ölən və yaralananlar barədə ətraflı məlumat verilməyib. Xatırladaq ki, bəzi ərəb ölkələri ilə birlikdə yaradılan koalisiya bu gün də Yəməni bombalayır.

Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səudiyyə koalisiyası ABŞ-ın dəstəyilə Yəməni blokada şəraitində saxlayır.

Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500 mindən çoxdur.

Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi "Ənsarullah" hərəkatı hakimiyyətdədir və Səudiyyə koalisiyasına qarşı mübarizə aparır. /eastnews.org/