`Sədərək` Ticarət Mərkəzndə yanğın məhdudlaşdırılıb - RƏSMİ

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Artıq yanğın lokallaşdırılıb.
 
"Sədərək" Ticarət Mərkəzinin Mətbuat katibi Mikayıl Qədimov bildirib ki, yanğın hadisəsi artıq söndürülüb.
 
Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.