Səudiyyə OPEK+ ölkələrinin tarixi razılaşmasının ilk maneəsini açıqlayıb

Səudiyyə Ərəbistanı Meksikanı da OPEK+ razılaşmasına əməl etməyə çağırıb.
 
Ölkənin enerji naziri şahzadə Əbdüləziz bin Salman OPEK+ ölkələrinin hasilatın azaldılması ilə bağlı ötən günkü tarixi razılaşmasının həyata keçirilməsi üçün Meksikanın da anlaşmaya əməl etməsini tələb kimi irəli sürüb.
 
O bildirib ki, bu anlaşmanın həyata keçirilməsinin şərti Meksikanın da bu razılaşmaya qayıtmasıdır.
 
Qeyd edək ki, ötən gün Azərbaycan da daxil olmaqla OPEK+ ölkələri qara qızılın qiymətində sabitliyin əldə edilməsi üçün gündəlik hasilatı azı 10 milyon barel azaldıblar. Təkcə Azərbaycan payına düşən miqdardan 160 min barelini azaldıb. /SalamNews