Səudiyyəli muzdlu döyüşçülər öldürüldü

Yəmənin "əl-Məsirə" telekanalı ölkənin müdafiə əməliyyatları zamanı onlarla Səudiyyə muzdurunun öldürüldüyü barədə məlumat yayıb.

 
Digər tərəfdən, Səudiyyənin təcavüzkar qüvvələri Hudeydedəki atəşkəs pozuntularından sonra His rayonundakı Əl-Şəcən kəndini mühasirəyə alıb və əl-Dureyhəm, əl-Şuəb və Musəlləs əl-Ədin kəndlərini minaatanlarla hədəfə alıb.
 
Bu arada, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yahya Səri, keçən cümə axşamı günündən bəri Səudiyyə koalisiyasının atəşkəsə baxmayaraq, indiyə qədər Səna, İmran, əl-Cuf, Maarib, əl-Beyza, Sadə və Hudeydəyə ən azı 260 quru və hava hücumu etdiyini söyləyib.
 
Səri eyni zamanda ölkənin və millətin müdafiəsi üçün lazımi tədbirlərin görüləcəyini açıqlayıb.