Səud rejimi Yəmənlə bağlı yeni oyuna başlayıb

Səudiyyə Ərəbistanının neçə illərdir yaratdığı koalisiya ilə Yəmən xalqına qarşı apardığı müharibə açıq-aşkar uğursuzluqla nəticələnib. Səudiyyə nəinki Yəmən xalqına qarşı mübarizə apara bilmir, hətta öz torpaqlarını belə qorumaq iqtidarında deyil.
 
Maide.Az xarici  KİV-ə istinadla xəbər verir ki,  vaxtaşırı olaraq etdiyi hücumlara cavab olaraq Yəməndə hakimiyyətdə olan Ənsarullah Hərəkatının dron və raket hücumlarına məruz qalır. ABŞ-dan aldığı milyardlarla dollarlıq silah belə, onu müdafiə edə bilmir. 
 
Səudiyyəyə faktiki olaraq rəhbərlik edən Məhəmməd bin Salman bu ağır məğlubiyyətdən xilas üçün yeni yollar axtarışında idi. Görünür, artıq bu yolu tapıblar.
 
Bin Salman, BƏƏ və Yəməndə xalq qiyamından sonra hakimiyyəti ataraq Səud rejiminə sığınan Mənsur Hadiyə bağlı qüvvələr Yəmənin Ədən şəhərində Cənub Keçid Şurası adlı separatçı rejim qurublar. Yəməndə qələbə qazandıqları və yeni hökumət qurulduğu görüntüsü yaratmaq üçün həmin separatçı rejimlə aparılan danışıqlar çərçivəsində Sokotra əyalətinin Hadibu şəhərindəki təhlükəsizlik nöqtələrindən çıxdıqlarını açıqlayıblar. Hadibu polis məntəqələrində olan Səudiyyə Ərəbistan qüvvələri qəfil qərarla bu yerlərdən çəkilib, lakin geri çəkilmənin səbəbi haqqında məlumat verilməyib.
 
Səud rejiminin bu qərarından sonra separatçılar Sokotraya əsgərlər göndəriblər.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayından Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir. İllərdir davam edən müharibədə 16 mindən çox yəmənli həyatını itirib, on minlərlə insan yaralanıb və milyonlarla insan evlərindən didərgin düşüb.
 
Hazırda 25 milyon əhalisi olan Yəmənin təxminən 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.