Səudiyyə rejiminin cinayətləri nəticəsində Yəməndə xərçəng xəstələrinin sayı artıb

Yəmənin Milli Qurtuluş Hökumətinin səhiyyə naziri Taha Əl-Mütəvəkkil Səudiyyə rejiminin koalisiyası tərəfindən qadağan edilmiş silahların istifadəsi nəticəsində ölkədə xərçəngli şişlərlə müraciət edən halların artdığını açıqlayıb.
 
Taha Əl-Mütəvəkkil BMT-nin ən sadə tibb müəssisələrini Yəmənə gətirə bilmədiyini və Yəməndəki xərçəng müalicəsi mərkəzlərinin Səudiyyə rejiminin koalisiyasının ölkəni işğal etməsindən sonra baş çəkənlərin artdığını söyləyib.
 
Əl-Mütəvəkkil Səudiyyə rejiminin koalisiyasını ölkəsinə qarşı qadağan olunmuş beynəlxalq silahların istifadəsində günahlandırıb.
 
Sənadakı Əl-Küveyt Xəstəxanasında Xərçəng Mərkəzinin açılışında danışan nazir, belə deyib: “Ümumdünya Səhiyyə Təşkilatının Yəməndəki fəaliyyəti zəifdir və yenidən nəzərdən keçirilməlidir. Yəmən istilasının əvvəlindən beynəlxalq səviyyədə qadağan olunmuş silahlarla bombalanan bölgələrdə xəstələrin sayı 100% artıb”.
 
O, leykoz müalicə mərkəzlərinin Yəmənin müxtəlif əyalətlərindən ildə 7000 xəstə qəbul etdiyini və yarısının dərman və xüsusi avadanlıq çatışmazlığına görə öldüyünü bildirib.
 
Əl-Mütəvəkkil, həmçinin hava hücumlarından təsirlənən ərazilərin əksəriyyətində insanların təhlükəli xəstəliklərə yoluxduğunu vurğulayıb./deyerler.org /